Blinken Belçika və Maltaya səfər edəcək
Dünya
19:43 / 02.12.2024
2086
ABŞ Dövlət katibi Antoni Blinken dekabrın 2-5-də Belçika və Maltaya səfər edəcək.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller “X” platformasındakı paylaşımında bildirib.
“O, Brüsseldə Ukraynaya davamlı dəstəyimizi və NATO-nun müdafiəsini gücləndirməyimizi vurğulayacaq. Maltada isə ATƏT-in sülh, demokratiya və insan haqlarını inkişaf etdirmək üçün mühüm fəaliyyətini qeyd edəcək”, - deyə paylaşımda qeyd edilib.