"Ukrayna gələn il pilotsuz təyyarələr dəstəsindən istifadə edəcək" - "Reuters"

"Ukrayna gələn il pilotsuz təyyarələr dəstəsindən istifadə edəcək" - "Reuters"

Ukrayna 2025-ci ildə ilk dəfə pilotsuz təyyarələr dəstəsindən istifadə edəcək.

 

Sfera.az bildirir ki, bu barədə Amerikanın “Reuters” nəşri yüksək rütbəli hökumət nazirinə istinadən yazıb.  

 

“Gələn il Ukraynanın hərbi əməliyyatları dəstəkləmək üçün əhəmiyyətli dərəcədə daha çox pilotsuz təyyarələrə ehtiyacı olacaq”, - səlahiyyətli şəxs deyib.

 

O əlavə edib ki, bu avadanlıqlar səngərlərə sursat və ləvazimatların daşınması, həmçinin yaralı əsgərlərin təxliyəsi üçün istifadə olunacaq.

 

Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorovun sözlərinə görə isə bunlar Ukrayna Silahlı Qüvvələrini cəbhənin yaxınlığında əməliyyatlardan xilas edəcək: “Bu il Ukrayna bir neçə min belə yerüstü platforma alıb və gələn il onların sayını xeyli artırmağı planlaşdırır”. 

 

Günay 


OXŞAR XƏBƏRLƏR