AMEA-da vakansiya elanı

AMEA-da vakansiya elanı

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aşağıdakı ixtisaslar üzrə  AMEA-nın həqiqi və müxbir üzvlüyünə əlavə vakant yerlərə seçkilər elan edir:

 

AMEA-nın elmi bölmələri üzrə ixtisaslar

Həqiqi üzvlər

(akademiklər)

Müxbir üzvlər

 Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi

Fizika

                       –

1 müxbir üzv

 Biologiya və Tibb Elmləri Bölməsi

Aqrar elmlər

                      –

1 müxbir üzv

 İctimai Elmlər Bölməsi

Şərqşünaslıq

           1 həqiqi üzv

İqtisadiyyat

               –

1 müxbir üzv

AMEA-nın həqiqi üzvləri (akademikləri) AMEA Nizamnaməsinin 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan, elm istiqamətləri üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan AMEA-nın müxbir üzvləri sırasından seçilirlər. 

AMEA-nın müxbir üzvləri AMEA Nizamnaməsinin 5.3-cü bəndinə əsasən elmin inkişafında görkəmli xidmətləri olan, onu dəyərli tədqiqatları ilə zənginləşdirən Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.

"AMEA üzvlərinin və onun rəhbər orqanlarının seçkiləri haqqında Əsasnamə”yə uyğun olaraq elan olunmuş ixtisaslar üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin və ali təhsil müəssisələrinin elmi şuraları AMEA-nın həqiqi və ya müxbir üzvlüyünə namizədlər irəli sürmək hüququna malikdir.

AMEA üzvlüyünə irəli sürülən namizədlərin aşağıda qeyd olunan sənədləri (2 nüsxə) seçkilər haqqında mətbuatda elan dərc edildiyi gündən etibarən 30 gün müddətində AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılmış Komissiyaya təqdim edilməlidir:

• AMEA həqiqi və ya müxbir üzvlüyünə namizədin irəli sürülməsi haqqında müvafiq qərar və ya təqdimat;

• Tərcümeyi-hal;

• Kadrların uçotu üzrə şəxsi vərəqə;

• Elmi əsərlərin siyahısı;

• Ali təhsil, fəlsəfə doktoru, elmlər doktoru diplomlarının və professor attestatının surətləri;

• Əsas iş yerindən xasiyyətnamə;

• 4x6 sm ölçüdə 3 ədəd fotoşəkil.

Sənədlər hər gün saat 1000-dan 1700-dək (şənbə və bazar günləri istisna olmaqla) aşağıdakı ünvanda qəbul edilir:

Bakı şəhəri, H.Cavid prospekti, 115, Akademiya şəhərciyi, AMEA-nın Əsas binası, 150-ci otaq. Tel: 537-23-97

Azərbaycan Milli Elmlər Akademiyasının

Rəyasət Heyəti


OXŞAR XƏBƏRLƏR

Valideynlə mübahisə zamanı halı pisləşən müəllim vəfat etdi

Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəl...

Paşinyandan sülh sazişi açıqlaması: "Biz hazırıq"

Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi rejimini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazırdır. Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naz...

Son 500 dollarını itirdi: Canlı yayım zamanı özünü vurdu

ABŞ-da kripto ictimaiyyətində “MistaFuccYou”ləqəbi ilə tanınan 23 yaşlı Kaliforniyalı kripto treyder Arnold Robert Haro yayım zamanı “Rus rule...

600 illik ənənə: Belçikalılar diri balıq yemək qadağasının götürülməsini tələb edirlər

600 ildən çoxdur ki, Belçikanın Geraardsbergen şəhəri yazın gəlişini kostyum paradları və qədim ritualları özündə birləşdirən Krakelingen festivalı ilə qeyd edi...

FİFA-dan qərar: Şahruddinə 1 milyondan çox ödəniş edilməlidir

Türkiyənin "Adana Dəmirspor" klubu Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevə 1 milyon manatdan çox ödəniş etməlidir.   Sfera...

39 yaşlı tanınmış aktrisa evində ölü tapıldı

“Gossip Girl” və “Buffy the Vampire Slayer” kimi layihələrin aktrisası Mişel Traxtenberq dünyasını dəyişib.   Sfera.az b...