Kitabxanaçı qız milyonuncu oldu

Kitabxanaçı qız milyonuncu oldu

Yanvarın 6-da Bakı-Sumqayıt-Bakı elektrik qatarının xidmətlərindən istifadə edən 1.000.000-cu (bir milyonuncu) sərnişininə sertifikat verilib. Sertifikatın sahibi əslən Şəmkir rayonundan olan Bakı Dövlət Universitetinin "Kitabxanaşünaslıq-informasiya” fakültəsinin tələbəsi Leyla İsrayıl qızı Hüseynzadə olub. 

"Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin Daşımaları Departamentinin rəis müavini Mədəd Şıxəmirov kütləvi informasiya vasitələri nümayəndələrinə məlumat verərək bildirib ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə ikimərtəbəli elektrik qatarları 12 sentyabr 2015-ci ildən hərəkətə başlayıb: "Stadler Rail Group” şirkətinin istehsalı olan yüksək komfortlu KİSS markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin sayı getdikcə artmaqdadı. Qeyd edək ki, Bakı-Sumqayıt-Bakı elektrik qatarı ilə gün ərzində daşınan sərnişinlərin sayı 5000-ni keçib. Bu gün isə bir milyonuncu sərnişini yola salırıq". 

İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Bakı Dövlət Universitetinin tələbəsi Leyla Hüseynzadəni 1.000.000-cu (bir milyonuncu) sərnişin olması münasibətilə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi adından təbrik edib, ona biznes-klass vaqonunda 2 (iki) ay ərzində pulsuz gediş sertifikatı, planşet  və gül dəstəsi  təqdim edib.  

Sonra bir milyonuncu sərnişin KİV nümayəndələrinin və dəmir yolu nümayəndələrinin müşayiəti ilə biznes-klass vaqonunda yerini tutub.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti olaraq bildiririk ki, gələcəkdə də sərnişinlərin tam komfortlu və təhlükəsiz şəraitdə mənzil başına çatdırılması istiqamətində görülən işlər davam etdiriləcək.


OXŞAR XƏBƏRLƏR

Son 500 dollarını itirdi: Canlı yayım zamanı özünü vurdu

ABŞ-da kripto ictimaiyyətində “MistaFuccYou”ləqəbi ilə tanınan 23 yaşlı Kaliforniyalı kripto treyder Arnold Robert Haro yayım zamanı “Rus rule...

600 illik ənənə: Belçikalılar diri balıq yemək qadağasının götürülməsini tələb edirlər

600 ildən çoxdur ki, Belçikanın Geraardsbergen şəhəri yazın gəlişini kostyum paradları və qədim ritualları özündə birləşdirən Krakelingen festivalı ilə qeyd edi...

FİFA-dan qərar: Şahruddinə 1 milyondan çox ödəniş edilməlidir

Türkiyənin "Adana Dəmirspor" klubu Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevə 1 milyon manatdan çox ödəniş etməlidir.   Sfera...

39 yaşlı tanınmış aktrisa evində ölü tapıldı

“Gossip Girl” və “Buffy the Vampire Slayer” kimi layihələrin aktrisası Mişel Traxtenberq dünyasını dəyişib.   Sfera.az b...

Tramp: ABŞ Aİ-yə qarşı tariflərlə bağlı qərarı artıq verib

ABŞ Avropa İttifaqından idxal olunan mallara 25 % gömrük rüsumunun tətbiqi ilə bağlı qərarı artıq qəbul edib və bu barədə yaxın vaxtlarda məlumat veriləcək. ...

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti istefa verdi

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax istefa verib.   Sfera.az  xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məluma...