Hindistan Pakistanla sərhədə iki batalyon yerləşdirdi - Vəziyyət gərginləşir?

Hindistan Pakistanla sərhədə iki batalyon yerləşdirdi - Vəziyyət gərginləşir?

Hindistanın Sərhəd Təhlükəsizliyi Qüvvələri (BSF) qeyri-qanuni sərhəd keçidlərindən qorunmaq üçün Pakistanla həmsərhəd Cammu bölgəsinə əlavə iki batalyon yerləşdirib.

 

Sfera.az xəbər verir ki, bu barədə “PTI” agentliyi təhlükəsizlik güclərindəki mənbələrə istinadən məlumat yayıb.

 

Onların sözlərinə görə, yerləşdirmə 2000-dən çox şəxsi əhatə edir və Pakistanla beynəlxalq sərhəddə mövcud BSF mövqelərinin arxasında ikinci müdafiə xəttini gücləndirmək məqsədi daşıyır. Bu sərhədin gücləndirilməsi qərarı 2024-cü ildə Rajouri, Poonç, Reasi, Udhampur, Kathua və Doda rayonlarında 18 təhlükəsizlik işçisi də daxil olmaqla 40-dan çox insanın həlak olduğu silsilə terror aktlarından sonra qəbul edilib.

 

Hindistan Sərhəd Təhlükəsizliyi Qüvvələri ölkənin qərbindəki Cammu, Pəncab, Racastan və Qucarat bölgələri boyunca uzanan beynəlxalq sərhədin 2289 km-dən çoxunu qoruyur. Cammu bölgəsi sıx meşələr və dağlıq ərazi ilə bu sərhədin 485 km-ni təşkil edir. Ərazidə ümumilikdə 10-a yaxın BSF batalyonu yerləşdirilib.

 

Qeyd edək ki, Hindistan və Pakistan arasındakı faktiki sərhəd sözdə Nəzarət Xətti - Cammu və Kəşmirdə yerləşən 740 km uzunluğunda demarkasiya xətti boyunca keçir. Dövlətlər arasında sərhəd mübahisəsi 1947-ci ildən, Britaniya Hindistanı müstəqillik qazandıqdan sonra dini zəmində iki dövlətə bölündüyü vaxtdan bəri davam edir. Hazırda Kəşmirdə rəsmi dövlət sərhədi yoxdur. Hindistan hissəsində isə ərazinin ölkədən ayrılmasını müdafiə edən fəal qruplar fəaliyyət göstərir. Yeni Dehli İslamabadı ekstremistləri dəstəkləməkdə günahlandırır, ittihamları rədd edir.

 


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR