Trampdan Baydenin oğlunu əfv etməsinə REAKSİYA

Trampdan Baydenin oğlunu əfv etməsinə REAKSİYA

"Co Baydenin oğlu Hanteri əfv etmək qərarı sui-istifadənin və ədalətin pozulmasının bariz nümunəsidir".

 

Sfera.az xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp deyib.

 

“Co Hanterə verilən əfv bir neçə ildir, həbsdə olan 6 yanvar “girovlarını” əhatə edirmi? Bu, sui-istifadə və ədalətin pozulmasıdır!” – Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

Qeyd edək ki, yanvarın 6-dakı “girovlar” dedikdə o, 2021-ci il yanvarın 6-da Kapitoliyə basqın edənləri nəzərdə tutur. Seçilmiş prezident və onun tərəfdarları bəzilərinin ədalətsiz şəkildə mühakimə olunduğunu və onlara siyasi məhbus kimi baxıldığını iddia edirlər.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR