Müharibələr dünyada silah satışını ARTIRIB - RƏQƏMLƏR

Müharibələr dünyada silah satışını ARTIRIB - RƏQƏMLƏR

Dünyanın ən yaxşı 100 müdafiə sənayesinə sahib olan ölkələr müharibələrin və regional gərginliyin təsiri ilə silah satışlarını 2023-cü ildə 4,2 faiz artıraraq 632 milyard dollara çatdırıb.

 

Sfera.az xəbər verir ki, bu haqda məlumatı Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) açıqlayıb.

 

Ən çox silahı ABŞ satıb. SİPRİ-nin məlumatına əsasən, 2023-cü ildə ABŞ silah satışlarını bir əvvəlki ilə görə 2,5 faiz artıraraq 317 milyard dollara çatdırıb.

 

Avropa ölkələrinin silah istehsal edən 27 şirkəti (Rusiya istisna olmaqla) ümumilikdə 133 milyard dollar dəyərində silah satıblar. Bu, 2022-ci illə müqayisədə 0,2 faiz artım deməkdir.

 

İlk 100-lükdə yer alan üç İsrailli şirkətin silah gəlirləri 13,6 milyard dollara çatıb. Ümumilikdə, SIPRI 2023-cü ildə qlobal hərbi xərclərin 7 faiz artacağını bildirib. Bu, 2009-cu ildən bəri ən böyük illik artımdır.

 

Rusiya da silah satışını artırıb. Rusiya dövlətinə məxsus olan “Rostex” şirkəti satışlarını 40 faiz artıraraq 26 milyard dollara çatdırıb.

 

Siyahıya Türkiyədən 3 şirkət daxil olub. 2022-ci ildə siyahıda 62-ci olan “Aselsan” 54-cü, 79-cu yerdə olan “Baykar” 69-cu, 88-ci olan TUSAŞ isə 78-ci yerə yüksəlib. Türkiyənin üç şirkəti silah satışlarını 24 faiz artıraraq 6 milyard dollara çatdırıb.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

2 milyon dollara sığortalanmışdı: “Titanik” batarkən itirilən ən bahalı əşya nə olub?

“Titanik” Şimali Atlantik Okeanının dərinliklərinə batan zaman dəyərli qızıl, zinət əşyaları, nağd pul və qiymətli daşlar da əbədi olaraq itdi. Bunu...

Husilər İsrailin cənubunda Ramon hava limanına zərbə endiriblər

Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər İsrailin cənubunda Eylat şəhəri yaxınlığındakı Ramon hava limanına zərbə endiriblər.   Sf...

Yüzlərlə turist təxliyə edildi: Dünyanın yeddinci möcüzəsi su altında qaldı

İordaniyanın tarixi şəhəri Petra güclü yağışlar nəticəsində su altında qalıb. Sfera.az bildirir ki, dünyanın məşhur və qeyri-adi möcüzəsi güclü yağışa məru...

Fransadan Azərbaycana qarşı diplomatik hörmətsizlik

Fransa hökuməti İkinci Dünya müharibəsinin xatirəsindən müvəqqəti siyasi məqsədlər üçün istifadə edir.   Sfera.az Minval-a istinadən xəbər verir ki, ...

"Kubinka"da söküntü işlərinin qarşısı alındı - RƏSMİ

Kubinka"da "Vialon" tikinti şirkətinin apardığı söküntü işlərinin qarşısı alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Teleqraf-ı...

Sezen Aksu müəllif hüquqlarını 18 milyon dollara satdı

“Universal Music Group” (UMG) türk musiqisinin "Kiçik Sərçə"si Sezen Aksunun mahnı hüquqlarını satın alıb.   Sfera.az bildirir ...