Bu gün hansı məşhur şairin güllələndiyi gündür?

Bu gün hansı məşhur şairin güllələndiyi gündür?

Bu gün Azərbaycanın tanınmış şairi Mikayıl Müşviqin güllələndiyi gündür. O, 1908-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açmışdı. Əslən Xızı rayonundandır. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdı. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darülmüəllimində və 12 saylı dərəcəli məktəbdə oxumuş, Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirmişdi. Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdı. Bakının orta məktəblərində 7 il müəllimlik etmişdi. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdu (bu məktəb indi onun adını daşıyır). Poetik yaradıcılığa 1926-cı ildə «Gənc işçi» qəzetində çap etdirdiyi «Bir gün» şeirilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib.

Mikayıl Müşviq bədii tərcümə ilə də ciddi məşğul olub. 6 il evli olub: 1931-1937-ci illərdə Dilbər Axundzadə ilə ailə həyatı sürüb. 1968-ci ildə Bakıda Dilbər Axundzadənin «Müşfiqli günlərim» adlı xatirələr kitabı nəşr olunub. Kitab çap olunan kimi oxucular arasında böyük maraqla qarşılanmışdı. Kitabın son genişləndirilmiş nəşri isə 2005-ci ildə «Gənclik» nəşriyyatında işıq üzü görüb.

Mikayıl Müşviq 1938-ci il yanvarın 6-da güllələnib. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, məktəbə, küçəyə və meydana adı verilib. Onun «Yenə o bağ olaydı», «Oxu, tar» və başqa şeirləri populyardır. Öldürülənə kimi Mikayıl Müşviqin 10 kitabı çap olunmuşdu.

Şirin xanım Kərimbəyli Şadiman Müşviq haqqında fikirlərini belə bölüşür: «Bəxtinə 29 il ömür düşən Müşfiq anadan şair doğulmuşdu. Bunu onun məhəbbət dolu şeirlərinin axıcılığı da bizlərə diqtə edir. Cəsədləri Xəzərin qorxulu fırtınalarına yem olan faciə qəhrəmanlarından biri də yəqin ki, Müşfiqdir… Həyatının baharında cismi yox edilib, ruhu incidilən Müşfiq!.. Nə idi bu istedadlı şairimizin günahı?!. Hətta ona qəbiri də çox gördülər… Bu nurun işığından gözləri qamaşanlar öz alayarımçıq bacarıqlarından qorxdular, qorxdular ki, Müşfiq sağ olsa, onlar Müşfiqin yanında çox solğun, üzgün, cılız, aciz görünəcəklər. Elə ona görə də şeirləri ilə könülləri ovsunlayan, ürəkləri riqqətə gətirən şairi susdurdular. Onlar təkcə Müşfiqin özünə yox, həyat işığı görməmiş neçə-neçə şeirlərinin də qətlinə fərman verdilər. Onlar ədəbiyyatımızı, kitab rəfini bəzəyəcək Müşfiqin doğulmamış əsərlərinə həsrət qoydular. Onlar ən nəhayət, mənəviyyatımıza zərbə vurdular – Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad kimi şairləri məhv etməklə… Bu gün pula-vara hərislər, beşgünlük ailə həyatı quranlar, doğulan uşaqların həyatını faciə dolu ömürlə qol-boyun edənlər Mikayıl Müşfiq şeirlərindən bəhrələnsəydilər, sevginin ucalığını, həyatın şirin olduğu qədər də acı olduğunu dərk edərdilər. Çünki Müşfiqin şeirlərində yüksək həyat eşqi, sevginin yenilməzliyi, möhtəşəmliyi insan ürəyində məhrəmanə hisslər bəsləyir. Onu nəinki öz sevdiyinə kəc baxmağa, əksinə, adamı bu ilahi hissə sadiq qalmağa səsləyir. Cismən onu məhv etdilər, həyatının çiçəkləndiyi vaxda onu sevməyə, sevilməyə həsrət qoydular. Onu gülüzlü yarından ayırdılar, ona «vətən xaini», «xalq düşməni» damğası vurdular. Onun şair ruhunun qarşısında tələ qurdular, bir səd kimi durdular. Fəqət mənən onu həyatdan apara bilmədilər».

Mikayıl Müşviqin məşhur şeirindən bir neçə bənd təqdim edirik.

Yenə o bağ olaydı, yenə yığışaraq siz,

O bağa köçəydiniz

Biz də muradımızca

fələkdən kam alaydıq

Sizə qonşu olaydıq

Arzuya baxsevgilim,

tellərindən incəmi?

Söylə ürəyincəmi?


OXŞAR XƏBƏRLƏR

Valideynlə mübahisə zamanı halı pisləşən müəllim vəfat etdi

Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəl...

Paşinyandan sülh sazişi açıqlaması: "Biz hazırıq"

Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi rejimini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazırdır. Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naz...

Son 500 dollarını itirdi: Canlı yayım zamanı özünü vurdu

ABŞ-da kripto ictimaiyyətində “MistaFuccYou”ləqəbi ilə tanınan 23 yaşlı Kaliforniyalı kripto treyder Arnold Robert Haro yayım zamanı “Rus rule...

600 illik ənənə: Belçikalılar diri balıq yemək qadağasının götürülməsini tələb edirlər

600 ildən çoxdur ki, Belçikanın Geraardsbergen şəhəri yazın gəlişini kostyum paradları və qədim ritualları özündə birləşdirən Krakelingen festivalı ilə qeyd edi...

FİFA-dan qərar: Şahruddinə 1 milyondan çox ödəniş edilməlidir

Türkiyənin "Adana Dəmirspor" klubu Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevə 1 milyon manatdan çox ödəniş etməlidir.   Sfera...

39 yaşlı tanınmış aktrisa evində ölü tapıldı

“Gossip Girl” və “Buffy the Vampire Slayer” kimi layihələrin aktrisası Mişel Traxtenberq dünyasını dəyişib.   Sfera.az b...