Hacıbəy Heydərli: “Gürcüstanda media və QHT-lər Qərbin ruporu rolunu oynayır”

Hacıbəy Heydərli: “Gürcüstanda media və QHT-lər Qərbin ruporu rolunu oynayır”

"Gürcüstanda uzun illərdir ki, QHT-lər və media Qərbin ruporu rolunu oynayır, Qərb ölkələri son 20 ildə bu təsisatlara milyonlarla dollarla qrant ayırıb, onları tam ram edib. Hətta ötən il orada QHT adı çəkəndə mənə bunun birbaşa hakimiyyətə müxalif qüvvə kimi qəbul edildiyini bildirmişdilər”. 

 

Sfera.az xəbər verir ki, bu sözləri Mətbuat Şurası İdarə Heyətinin üzve Hacıbəy Heydərli deyib.

 

Jurnalist Gürcüstanda baş verən aksiyaların Qərb ölkələrinin planı olduğunu deyib: 

 

"Bir neçə ay öncə xarici agentlər haqda qanun qəbul ediləndə bu Qərbə çox böyük zərbə oldu, onların nəfəsliyi daraldı. Daha sonra Parlament seçkilərində "Gürcü arzusu”nun qələbəsi isə Qərb üçün nakaut effektini verdi.

 

Hazırda Qərb təsisatları Tbilisidə son kartlarını açıq şəkildə oynayır, QHT-lərə, mediaya, institutlara, gənclər təşkilatlarına milyonlar xərcləyənlər bu gün onun qarşılığını etirazçılardan tələb edir. Tələb isə hər kəsə aydındır: Meydana çıxın və qrantların haqqını verin, Konstitusiyaya salınan 78-ci maddəyə sahib çıxın”. 

 

O nəticələrin necə olacağı haqda danışmağın tez olduğunu deyib: 

 

"Nəticənin necə olacağını indidən demək çox çətindir. İstəyimiz odur ki, bu proseslər dost Gürcüstan üçün xətasız, bəlasız ötüşsün. Görünən isə odur ki, Qərb Cənubi Qafqazdakı ən böyük qalasını itirməmək üçün hər vasitəyə əl atacaq”.


OXŞAR XƏBƏRLƏR

2 milyon dollara sığortalanmışdı: “Titanik” batarkən itirilən ən bahalı əşya nə olub?

“Titanik” Şimali Atlantik Okeanının dərinliklərinə batan zaman dəyərli qızıl, zinət əşyaları, nağd pul və qiymətli daşlar da əbədi olaraq itdi. Bunu...

Husilər İsrailin cənubunda Ramon hava limanına zərbə endiriblər

Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər İsrailin cənubunda Eylat şəhəri yaxınlığındakı Ramon hava limanına zərbə endiriblər.   Sf...

Yüzlərlə turist təxliyə edildi: Dünyanın yeddinci möcüzəsi su altında qaldı

İordaniyanın tarixi şəhəri Petra güclü yağışlar nəticəsində su altında qalıb. Sfera.az bildirir ki, dünyanın məşhur və qeyri-adi möcüzəsi güclü yağışa məru...

Fransadan Azərbaycana qarşı diplomatik hörmətsizlik

Fransa hökuməti İkinci Dünya müharibəsinin xatirəsindən müvəqqəti siyasi məqsədlər üçün istifadə edir.   Sfera.az Minval-a istinadən xəbər verir ki, ...

"Kubinka"da söküntü işlərinin qarşısı alındı - RƏSMİ

Kubinka"da "Vialon" tikinti şirkətinin apardığı söküntü işlərinin qarşısı alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Teleqraf-ı...

Sezen Aksu müəllif hüquqlarını 18 milyon dollara satdı

“Universal Music Group” (UMG) türk musiqisinin "Kiçik Sərçə"si Sezen Aksunun mahnı hüquqlarını satın alıb.   Sfera.az bildirir ...