Kobaxidze: Aksiyalar xaricdən dəstəklənən zorakı ssenaridir

Kobaxidze: Aksiyalar xaricdən dəstəklənən zorakı ssenaridir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tiflisdəki aksiyaların siyasi etirazla heç bir əlaqəsi olmadığını, əksinə, xaricdən dəstəklənən zorakı hakimiyyət dəyişdirilməsi ssenarisinin bir hissəsi olduğunu bəyan edib.

 

Musavat.com xəbər verir ki, Baş nazirin sözlərinə görə, hadisələrin gedişi “Makkeyn İnstitutu”nun hesabatında təsvir edilən ssenariyə tam uyğun şəkildə inkişaf edir.

 

“Hesabatda qeyd olunub ki, əgər müxalifət hakimiyyətə gəlmək üçün uğur qazanarsa, Avropa İttifaqı və ABŞ hakimiyyətin dinc yolla ötürülməsini dəstəkləyəcək,” – deyə Kobaxidze vurğulayıb.

 

O əlavə edib ki, mitinqlər başlanğıcda zorakı xarakter daşımaq məqsədilə planlaşdırılıb və aksiyalarda iştirak edənlərin zorakılığa meyilli olması nəticəsində polisə qarşı hücumlar baş verib. Kobaxidze bu hadisələrin ölkənin daxili sabitliyinə zərbə vurmaq məqsədi güddüyünü qeyd edib. 


OXŞAR XƏBƏRLƏR