Ronaldo yeni uğura imza atdı

Ronaldo yeni uğura imza atdı
Kateqoriya məlum deyil10.09.25, 05:4828 👁️
T

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yeni uğura imza atıb.

 

Sfera.az xəbər verir ki, 40 yaşlı futbolçu bunu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Macarıstanla görüşdə fərqlənməklə bacarıb.

 

O, mundialların seçmə mərhələlərindəki qollarının sayını 39-a çatdırıb.

 

Bununla da Ronaldo dünya çempionatlarının seçmə mərhələlərində ən çox qol vuran 2 oyunçudan biri olub. Forvard Qvatemala yığmasının keçmiş hücumçusu Karlos Ruizlə bərabər nəticə göstərib.

 

Qeyd edək ki, Ronaldo 2003-cü ildən Portuqaliya millisinin üzvüdür.

PAYLAŞ
Sehliyali
Yüklənir...