İrlandiyada seçki yekunlaşdı, səslərin sayılmasına BAŞLANILDI

İrlandiyada seçki yekunlaşdı, səslərin sayılmasına BAŞLANILDI

İrlandiyada keçirilən ümumi seçkilərin səslərinin sayılmasına başlanılıb.

 

Sfera.az xəbər verir ki, üç əsas partiya arasında sıx rəqabət var.

 

"Fine Gael" partiyasının lideri Saymon Harris, "Fianna Fail" partiyasının lideri Maykl Martin və "Sinn Fein" partiyasının lideri Meri Lou Mkdonald İrlandiyanın növbəti “Taoiseach”ı (Baş naziri) olmaq uğrunda mübarizə aparırlar.

 

Ən son dərc edilən rəqəmlər göstərir ki, "Sinn Fein" 21,1% səslə birinci yerdədir, "Fine Gael" 21% səslə ikinci və "Fianna Fáil" isə 19,5% səslə üçüncü yerdə qərarlaşıb.

 

Qeyd edək ki, İrlandiya Prezidenti Maykl Hiqqins 2024-cü ilin 8 noyabrında, Baş nazir Leo Varadkar ilə görüşündən sonra "Dáil"ın (İrlandiyanın parlamentinin aşağı palatası) buraxılması qərarını imzalayıb və noyabrın 29-da növbədənkənar ümumi seçkilərin keçiriləcəyini elan edib. Səslərin yarıdan çoxunu toplayan siyasi partiya hökumət qurmaq hüququ qazanacaq. Lakin 1977-ci ildən indiyədək İrlandiyanın siyasi tarixində belə bir hal baş verməyib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR