Böyük xəbər agentlikləri "OpenAl"ı məhkəməyə verdi - SƏBƏB

Böyük xəbər agentlikləri "OpenAl"ı məhkəməyə verdi - SƏBƏB

Kanadanın böyük xəbər agentlikləri "OpenAI"ı məhkəməyə verib.

 

Sfera.az xəbər verir ki, onlar süni intellekt ChatGPT chatbotunun istehsalçısı "OpenAl"ın onların məqalələrindən qanunsuz istifadə etdiyini iddia ediblər.

 

Məlumata görə, Toronto Star, Metroland Media, Postmedia, The Globe and Mail, The Canadian Press və CBC daxil olmaqla xəbər təşkilatlarının əksəriyyəti bu iddiaya qoşulub.

 

“Jurnalistika ictimai maraqlara uyğundur. OpenAI başqa şirkətlərin jurnalistikasından öz kommersiya məqsədləri üçün istifadə edir. Bu, qanunsuzdur”, - media qurumlarının birgə bəyanatında deyilir.

 

Şirkət "BBC"yə verdiyi açıqlamada bildirib ki, proqram təminatı ədalətli istifadə və əlaqəli beynəlxalq müəllif hüququ prinsiplərinə əsaslanır.

 

Kanadanın ən yaxşı qəzetlərinin naşirlərinin daxil olduğu qrup ChatGPT-nin 20.000 Kanada dolları (14.300 ABŞ dolları) cərimə olunmasını tələb edib. Qeyd edək ki, bu məbləğə milyardlarla dollara qədər təzminat əlavə edə bilər.Həmçinin xəbər təşkilatları bundan sonra şirkətin məqalələrindən əldə edilən gəlirləri bölüşməyi, ya da "OpenAI"ın gələcəkdə onlardan istifadəsini qadağan edilməsini tələb edirlər.

 

Xatırladaq ki, "OpenAl"a qarşı məhkəmə iddiası Kanada naşirləri üçün bir ilk olsa da, keçən il "New York Times" və digər nəşriyyatlar tərəfindən ABŞ-də də bu hal yaşanmışdı. 

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

MİQ-də qiymətləndirmə bu meyarlarla aparılır

“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”. ...

"Namizədlər arasında gənclər çoxdur"- MÜTDA rəsmisi

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından x...

Bakının bəzi ərazilərində su kəsiləcək - Magistral Kəmər Yenilənir

Bakıda magistral su kəməri yenilənir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin ...

“1001 Sevinc”də 1 manata 5 "iPhone 16 Pro Max" uduldu

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”  oyunçularını sevindirməyə davam edir.  Bu dəfə ...

"Sabit tarif aylıq 1 manatı aşmayacaq" - Nazir müavini

"Sabit tarifin tətbiqində məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətlə bölünməsi və bunun tariflərin artırılma...

Yeni cərimələr müəyyənləşdi

Qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair cərimələr müəyyənləşdi...