Bir şəklin tarixçəsi: Rac Kapur Bakıya niyə gəlmişdi?..

Bir şəklin tarixçəsi: Rac Kapur Bakıya niyə gəlmişdi?..

Musahibe.az xəbər verir ki, modern.az saytının "Bir şəklin tarixçəsi” rubrikasında yayımlanan  bu nadir foto uzaq 1956-cı ildə çəkilib. Fotoşəkil təkcə Hindistanda deyil, bütün dünyada tanınan məşhur aktyor Rac Kapur və hind kinosunun əfsanəvi aktrisası Nərgiz Kapurun Bakıya səfərini özündə əks etdirir.

Fotoşəkildə iki məşhur azərbaycanlı da yer alıb. Şəkildə Rac Kapurla Nərgiz Kapurun arasında dayanan şəxs 1956-cı ildə Azərbaycana rəhbərlik etmiş İmam Mustafayevdir (soldan 4-cü). 

Sağdan 4-cü simanın isə əlavə təqdimata ehtiyacı yoxdu: dünya şöhrətli müğənni Rəşid Behbudov.

Qeyd edək ki, Rac Kapurun yaxın dostu olmuş Rəşid Behbudov Azərbaycan musiqisini Hindistanda, hind musiqisini isə Azərbaycanda tanıtmışdı. Rac Kapurla Rəşid Behbudov birlikdə "Ruskiy sneq” adlı mahnı da ifa ediblər.

Hind filmləri festivalı ilə əlaqədar olaraq SSRİ Mədəniyyət Nazirliyinin dəvəti ilə Sovet İttifaqında olan Hindistan kino  xadimlərinin nümayəndə heyəti 1956-ci il noyabrın 3-də Bakıya gəlib. Bu heyətdə hər kəsin "Avara” filmindən tanıdığı məşhurlar Rac Kapur və Nərgiz Kapur da olub. 

Təyyarə meydanında onları Bakı ictimaiyyəti və respublikanın incəsənət işçiləri qarşılayıb. O zaman "Nizami” kinoteatrında Hindistan kino xadimləri, eləcə də Rac Kapurla Bakı tamaşaçılarının görüşündən sonra onlar şəhərdə gəzintiyə çıxıblar. Dağüstü parkdan bütün Bakını və neft mədənlərini seyr ediblər. Həmin gün axşam isə Rac Kapur və digər hindistanlı aktyorlar Bakı telestudiyasında Hindistan kinofilmlərindən mahnılar ifa ediblər. Sonrakı gün Bakı ilə vidalaşan qonaqlar Moskvaya yola düşüblər.

Rac Kapur Nərgiz Kapurla eşq yaşasa da, həyat yoldaşından ayrılmaması səbəbindən evlənə bilməyiblər. Nərgiz sonra başqası ilə ailə qurub. 


OXŞAR XƏBƏRLƏR

Son 500 dollarını itirdi: Canlı yayım zamanı özünü vurdu

ABŞ-da kripto ictimaiyyətində “MistaFuccYou”ləqəbi ilə tanınan 23 yaşlı Kaliforniyalı kripto treyder Arnold Robert Haro yayım zamanı “Rus rule...

600 illik ənənə: Belçikalılar diri balıq yemək qadağasının götürülməsini tələb edirlər

600 ildən çoxdur ki, Belçikanın Geraardsbergen şəhəri yazın gəlişini kostyum paradları və qədim ritualları özündə birləşdirən Krakelingen festivalı ilə qeyd edi...

FİFA-dan qərar: Şahruddinə 1 milyondan çox ödəniş edilməlidir

Türkiyənin "Adana Dəmirspor" klubu Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevə 1 milyon manatdan çox ödəniş etməlidir.   Sfera...

39 yaşlı tanınmış aktrisa evində ölü tapıldı

“Gossip Girl” və “Buffy the Vampire Slayer” kimi layihələrin aktrisası Mişel Traxtenberq dünyasını dəyişib.   Sfera.az b...

Tramp: ABŞ Aİ-yə qarşı tariflərlə bağlı qərarı artıq verib

ABŞ Avropa İttifaqından idxal olunan mallara 25 % gömrük rüsumunun tətbiqi ilə bağlı qərarı artıq qəbul edib və bu barədə yaxın vaxtlarda məlumat veriləcək. ...

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti istefa verdi

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax istefa verib.   Sfera.az  xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məluma...