Suriyada müharibə yenidən alovlanır - Müxalif qüvvələr Hələbi ələ keçirdi

Suriyada müharibə yenidən alovlanır - Müxalif qüvvələr Hələbi ələ keçirdi

Suriyada müharibənin şiddəti yenidən artır. Ölkədə iqtidara qarşı müxalif olan qüvvələrdən biri Heyət Təhrir əş-Şam (HTŞ) üç günlük əməliyyatlar sayəsində Suriyanın ikinci ən böyük şəhəri olan Hələbi nəzarətə götürə bilib. 


Sfera.az xarici media agentliklərinə istinadən xəbər verir ki, HTŞ yaraqlıları son 10 ildə ilk dəfə Hələbin mərkəzinə çatıb. 


Hələbin itirildiyini Suriya hakimiyyəti də təsdiqləyib. Artıq hava limanları və şəhərə daxil olan yollar bağlanıb. Hələbə hücumda HTŞ tək olmayıb, ona müxtəlif silahlı qruplardan dəstək gəlib. Bəzi yaraqlılar Hələbdəki hökumət binalarının içindən görüntülərini paylaşıblar. Silahlıların rəsmi ofislərdə foto çəkdirərək, meydanda Suriya bayrağını endirən görüntüləri də var. 


Əsədin əsas müttəfiqi olan Rusiya üsyançıları dəf etmək üçün Dəməşqə əlavə hərbi dəstək verəcəyinə söz verib. Rusiya aviasiyası HTŞ-nin başçılıq etdiyi hücum zamanı yaraqlıların hədəflərini vurub. Hava zərbələri nəticəsində yaraqlıların itki verdiyi qeyd edilib. İki hərbi mənbənin “Reuters” agentliyinə verdiyi məlumata görə, Suriya hökumətinin qüvvələrinə dəstək məqsədilə yeni hərbi texnikanın 72 saat ərzində gəlməsi gözlənilir. Suriya ordusunun üsyançıların daxil olduğu əsas ərazilərdən geri çəkilmək üçün göstərişlər aldığı da bildirilir. 


Xatırladaq ki, HTŞ 2016-cı ildə şəhəri tərk etmək məcburiyyətində qalmışdı. Həmin ildə Əsəd Rusiya, İran və regional şiə silahlılarının dəstəyi ilə aylarla davam edən mühasirə və bombardmanlardan sonra şəhəri geri almışdı. İndi isə regionda vəziyyət fərqlidir. Hücumlar zamanı ötən cümə axşamı İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli zabiti öldürülüb. HTŞ komandanlığı altında döyüşən Ceyş əl-İzza silahlı qruplaşmasının yüksək rütbəli komandiri Mustafa Əbdül Cabir bu həftə onların sürətli irəliləyişini Hələb vilayətində İranın dəstəklədiyi qüvvələrin olmaması ilə əlaqələndirib. Komandir bildirib ki, İranın bölgədəki müttəfiqləri Qəzza müharibəsi səbəbindən İsrail tərəfindən vurulub. HTŞ bildirib ki, bu hücum Rusiya və Suriya Hərbi Hava Qüvvələrinin İdlibdə dinc sakinlərə qarşı artan hücumlarına cavabdır. HTŞ-nin iddialarına görə, Türkiyə bu hücuma yaşıl işıq yandırıb. Amma Türkiyə xarici işlər nazirliyinin sözçüsü Öncü Keçeli Türkiyənin regionda sabitliyi pozmaq istəmədiyini bildirib və son hücumların gərginliyin azaldılması razılaşmalarını pozduğunu vurğulayıb. Bu hücum Rusiya ilə Türkiyə arasında 2020-ci ilin martında imzalanan münaqişələrin azaldılması sazişindən sonra ən böyük hücum kimi qeydə alınıb. Kremlin sözçüsü Dmitri Peskov üsyançıların hücumunu Suriyanın suverenliyinin pozulması kimi qiymətləndirib. Ekspertlərin fikrincə, Suriya hakimiyyəti Hələbin itirilməsini qəbul etməsə, regionda münaqişə yenidən güclənəcək. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...

Bu rayonda işıq kəsiləcək

Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 23.07.2025-ci il tarixində 35/10 kV-luq Seyidli...