Qulinin adamları Lənkəranskinin tərəfdarlarına belə işgəncə verir - VİDEO (18+)

Qulinin adamları Lənkəranskinin tərəfdarlarına belə işgəncə verir - VİDEO (18+)

Azərbaycanda kriminal qruplaşmalar arasında dəhşətli vəziyyət hökm sürür. "Kriminal general” Rövşən Lənkəranskinin öldürülməsindən sonra bu sahədə hegemonluq üstündə sözün əsl mənasında ölüm-dirim mübarizəsi gedir.

Bu işdə hazırda Azərbaycanda həbsdə olan Lotu Quli ləqəbli Nadir Səlifovun tərəfdarları vəziyyətə nəzarət etməyə başlayıb. Belə ki, onlar vaxtilə Lotu Quliyə qarşı olan adamları bir-bir cəzalandırır, "oğru dünyası”ndan xaric edirlər.

Bu sahədə ən amansız mübarizə isə şübhəsiz ki, Lotu Qulinin əsas düşməni olmuş Lənkəranskiyə yaxın hesab edilən adamlara qarşıdır. Buna görə də, İstanbulda qətlə yetirilən "qanuni oğru”ya vaxtilə yaxın olmuş adamlar çıxılmaz bir duruma düşüblər: onların bəziləri ağır işgəncələrə məruz qalır, aşağılanır, cinayətkar aləmdə biabır edilirlər.

Təqdim edəcəyimiz videoda da vəziyyətin nə dərəcədə dözülməz olduğu, insanlara qarşı hansı vəhşilikərin edilməsi öz əksini tapır. İşgəncə verilən adamların kimliyini imkan qədər gizli saxlamağa çalışmışıq. Amma kadrlardan açıq görünür ki, işgəncə verən şəxslər Lotu Qulinin adamlarıdır. Onlar "çarmıxa” çəkdikləri şəxslərin vaxtilə Lotu Quli haqqında dediklərinin hesabını soruşurlar, ağır işgəncələrə məruz qoyaraq "böyük qardaşdan” üzr istətdirirlər.

Məlumat üçün deyək ki, belə hesablaşma videoları kifayət qədər çoxdur və onlar sosial şəbəkələr, xüsusən də cinayətkar aləmə yaxın şəxslər arasında "Whatsapp” vasitəsilə yayılır. Bununla da "sındırılan” şəxslər ifşa edilir.

Lənkəranskiyə yaxınlığı bildirilən avtoritetlərdən ikisinə verilən işgəncənin videosunu təqdim edirik:

 

(bakıpost.az)


OXŞAR XƏBƏRLƏR

Məşhur “Netflix” serial ulduzu 15 il həbs cəzasına məhkum edildi

“Netflix”də yayımlanan “Sex Education” serialının ulduzu, 24 yaşlı britaniyalı aktyor Alexander Westwood (Vestvud) 15,5 il müddətinə aza...

Valideynlə mübahisə zamanı halı pisləşən müəllim vəfat etdi

Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəl...

Paşinyandan sülh sazişi açıqlaması: "Biz hazırıq"

Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi rejimini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazırdır. Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naz...

Son 500 dollarını itirdi: Canlı yayım zamanı özünü vurdu

ABŞ-da kripto ictimaiyyətində “MistaFuccYou”ləqəbi ilə tanınan 23 yaşlı Kaliforniyalı kripto treyder Arnold Robert Haro yayım zamanı “Rus rule...

600 illik ənənə: Belçikalılar diri balıq yemək qadağasının götürülməsini tələb edirlər

600 ildən çoxdur ki, Belçikanın Geraardsbergen şəhəri yazın gəlişini kostyum paradları və qədim ritualları özündə birləşdirən Krakelingen festivalı ilə qeyd edi...

FİFA-dan qərar: Şahruddinə 1 milyondan çox ödəniş edilməlidir

Türkiyənin "Adana Dəmirspor" klubu Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevə 1 milyon manatdan çox ödəniş etməlidir.   Sfera...