Avropa Şurasının rəhbəri səlahiyyətlərini təhvil verdi
Dünya
21:30 / 29.11.2024
4617
Avropa Şurasının rəhbəri və Belçikanın keçmiş Baş naziri Şarl Mişel öz səlahiyyətlərini Avropa Komissiyasının ikinci tərkibi Ursula fon der Lyayenin vəzifəyə başlaması ilə sinxron olaraq dekabrın 1-də işə başlayacaq portuqaliyalı Antoniu Kostaya təhvil verib.
Sfera.az xəbər verir ki, Avropa Şurasının Brüsseldəki iqamətgahında səlahiyyətlərin verilməsinin rəsmi mərasimi keçirilib.
Kosta bu vəzifəyə 2024-cü ilin iyununda Aİ sammitində Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin səlahiyyətlərinin uzadılması ilə eyni vaxtda təyin edilib.