“Qarabağ” yeni transferini rəsmiləşdirdi
16:56 / 06.01.2017
2237
"Qarabağ" 2016/17-ci illər mövsümünün qış transfer pəncərəsində növbəti transferini gerçəkləşdirib.
Sfera.az klubun saytına istinadən xəbər verir ki, "İnter"dən ayrılan, milli komandamızın üzvü Ağabala Ramazanovla 1.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 24 yaşlı hücumçu daha əvvəl "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt" və "İnter" klublarının formasını geyinib. 2014-cü ildən milli komandamıza dəvət alan Ağabala Ramazanov 1 qolla yadda qalıb.
Ağabala Ramazanov bu gün komandamızın Antalyada baş tutan qış təlim-məşq toplanışına qoşulub.
Xatırladaq ki, bundan əvvəl "Qarabağ" "Neftçi"dən Elşən Abdullayevi heyətinə qatıb.