Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirildi

Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirildi

Gənclər və İdman Nazirliyinin (GİN) və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə həm qadın, həm də kişilər arasında ölkə çempionatının açılış mərasimi keçirilib.

 

Sfera.az xəbər verir ki, mərasimdə ACF və GİN rəsmiləri iştirak ediblər.

 

Nazir müavini Mariana Vasileva çıxış edərək iştirakçılara uğurlar arzulayıb.

 

ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu isə cüdoya dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərildiyini xüsusi vurğulayıb. O, bunun nəticəsi olaraq cüdoçuların ölkəmizi nüfuzlu beyənəlxalq yarışlarda layiqincə təmsil etdiklərini söyləyib.

 

Builki Azərbaycan çempionatı nüfuzlu beynəlxalq “Grand Slam” turnirləri səviyyəsində təşkil olunub. Təşkilatçılıqdan yarış standartlarına qədər hər bir detal ən yüksək keyfiyyəti əks etdirir və həm idmançılar, həm də tamaşaçılar üçün unudulmaz bir təcrübə təmin edir.

 

Qeyd edək ki, Azərbaycan çempionatı Bakı İdman Sarayında təşkil olunub. Yarışa dekabrın 1-də yekun vurulacaq.


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...