Qulağını kəsib yedi, 7 il həbs aldı

Qulağını kəsib yedi, 7 il həbs aldı

Narkotik vasitələrin qanunsuz satışında təqsirləndirilən Hünər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən H. Cəfərov 7 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, Penitensiar Xidmətin yaydığı məlumata görə, Astara rayon sakini, 1982-ci il təvəllüdlü məhkum, indiyədək üç dəfə həbsxanada yatmış Hünər Abbasəli oğlu Cəfərov narkotik satışına və istifadəsinə görə həbs edilib. H.Cəfərov birinci dəfə fərariliyə, ikinci dəfə isə hərbi hissəni özbaşına tərk etdiyinə görə həbs edilib. Üçüncü dəfə isə narkotik maddə qaçaqmalçılığına görə cəza çəkib. H.Cəfərov dördüncü dəfə də narkotiklə tutulub. H.Cəfərov barəsində həbs-qətimkan tədbiri seçiləndən sonra apelyasiya şikayəti verib. Amma Apelyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. Məhkəmənin bu qərarından narazı qalan H.Cəfərov isə etiraz əlaməti olaraq və istintaqa və məhkəməyə təzyiq göstərmək məqsədilə öz qulağının bir hissəsini alışqanın metal hissəsi ilə kəsib və nümayişkaranə şəkildə yeyib.


OXŞAR XƏBƏRLƏR

Son 500 dollarını itirdi: Canlı yayım zamanı özünü vurdu

ABŞ-da kripto ictimaiyyətində “MistaFuccYou”ləqəbi ilə tanınan 23 yaşlı Kaliforniyalı kripto treyder Arnold Robert Haro yayım zamanı “Rus rule...

600 illik ənənə: Belçikalılar diri balıq yemək qadağasının götürülməsini tələb edirlər

600 ildən çoxdur ki, Belçikanın Geraardsbergen şəhəri yazın gəlişini kostyum paradları və qədim ritualları özündə birləşdirən Krakelingen festivalı ilə qeyd edi...

FİFA-dan qərar: Şahruddinə 1 milyondan çox ödəniş edilməlidir

Türkiyənin "Adana Dəmirspor" klubu Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevə 1 milyon manatdan çox ödəniş etməlidir.   Sfera...

39 yaşlı tanınmış aktrisa evində ölü tapıldı

“Gossip Girl” və “Buffy the Vampire Slayer” kimi layihələrin aktrisası Mişel Traxtenberq dünyasını dəyişib.   Sfera.az b...

Tramp: ABŞ Aİ-yə qarşı tariflərlə bağlı qərarı artıq verib

ABŞ Avropa İttifaqından idxal olunan mallara 25 % gömrük rüsumunun tətbiqi ilə bağlı qərarı artıq qəbul edib və bu barədə yaxın vaxtlarda məlumat veriləcək. ...

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti istefa verdi

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax istefa verib.   Sfera.az  xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məluma...