Rəsmi olaraq yox sayılır: İş belə tapa bilməyən gənc qızın dramatik hekayəsi


Rəsmi olaraq yox sayılır: İş belə tapa bilməyən gənc qızın dramatik hekayəsi

Bu yaxınlarda 26 yaşlı Keytlin adlı gənc qız dram filmini xatırladan bir hekayə paylaşmışdı. Doğuşunu qeydə almayan anasına görə iş belə tapa bilmədiyini izah edən Keytlin bu vəziyyəti 19 yaşında anladığını bildirir. Həmin gündən qohumlarının himayəsində qalan qadın bu müddət ərzində özünü az qala “görünməz” hiss etdiyini deyir. Anasının xəyanətindən qəzəblənən Keytlin, yaşadığı çətinlikləri və emosional çöküşü təfərrüatları ilə bölüşüb.

Sfera.az gənc qızın dramatik həyat hekayəsini təqdim edir.


Doğuş zamanı 30 gün ərzində doğum haqqında şəhadətnamə almalısınız.


Lakin 26 yaşlı Keytlin adlı qadın anasının onu doğuşdan sonra qeydiyyatdan keçirmədiyini, ona görə də Amerikada “qaçqın” olduğunu bildirib.
 

19 yaşında bu vəziyyəti fərq edən Keytlinin məhz bu səbəbdən sığorta nömrəsi yoxdur. Sürücülük vəsiqəsi ala, işə düzələ, pasport ala bilmir.
 

Xalasının və xalası qızının köməyi ilə çıxarılan kredit kartından istifadə edən Keytlin əslində qanuni olaraq mövcud deyil.


Qeydiyyatın təsdiqlənməsi üçün müstəqil sənədli sübutlar vasitəsilə doğum tarixinin və yerinin dəqiq yoxlanılması tələb olunurdu. Bundan əlavə, səlahiyyətli şəxs doğumun qeydiyyata alması üçün qeydiyyat şöbəsinə getməli idi. Hazırda bu şərtləri yerinə yetirmək mümkün olmadığından, gec doğuşun qeydə alınmasına icazə verilmir.


Keytlin işə düzələ bilmədiyi üçün 18 yaşından qohumlarının himayəsində olub. O: "Mən özümü yer üzündən silinmiş kimi hiss edirəm" - deyir.
 

"Anam məni bu travmaya məruz qoydu. Hiss edirəm ki, həyatıma nəzarət edə bilmirəm".


Gənc qız bununla bağlı polisə və məhkəməyə müraciət etsə də, nəticəsiz qalıb. Hamı bu vəziyyəti “sadə bir ailə problemi” kimi qiymətləndirib.
 

"Anam məni tərk etdi. Hökumət isə buna biganə qalmaqda davam edir".
 

Özünü “görünməz” hiss etdiyini dilə gətirən Keytlin hazırda məktəbə gedir. Bununla belə, o, indiki məktəbinə başlamazdan əvvəl səlahiyyətlilərin sualları səbəbindən tez-tez məktəb dəyişdirdiyini vurğulayır.


Aynil


OXŞAR XƏBƏRLƏR

"ABB" səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək

7 may 2025-ci il tarixində ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Yığıncaqda ABB-nin 2024-cü il üzrə kənar auditor tərəfindən təqdim olunmuş maliyyə hesa...

ADNSU-da Vyetnamın ilk Prezidentinə həsr edilən Memorial otağın açılışı olub

Mayın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Vyetnamın görkəmli siyasi xadimi, ilk Prezidenti Ho Şi Minin anadan olmasının 135 illiyinə h...

Ölkələrin uğuru müstəqil siyasi iradədən daha çox asılıdır

Yeni dünya nizamı ilə bağlı çağırışlar beynəlxalq münasibətlər sisteminə də ciddi təsir göstərir. İkinci Dünya müharibəsindən sonra formalaşan və ötən 80 il ərz...

Prezident təqaüdünün məbləği nə qədərdir?

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ölkənin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrində böyük xidmətləri...

Putin və Cinpin: "Tokio bundan dərs çıxarmalıdır"

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin rəsmi Tokionu keçmişdə yol verilmiş tarixi səhvlərdən dərs çıxarmağa çağırıblar.&nb...

DTX əməliyyat keçirdi - Saxlanılan var

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Sərhəd Xidməti (DSX) birgə əməliyyat keçirib, saxlanılan var. Sfera.az xəbər verir ki, Azərbaycan Respublikas...