Üç vəkilin fəaliyyəti dayandırıldı, dörd vəkilə töhmət verildi


Üç vəkilin fəaliyyəti dayandırıldı, dörd vəkilə töhmət verildi

Azərbaycan Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə ARVK-dən məlumat verilib.

 

İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

 

İclasın gündəliyinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2024-cü il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin edilən ARVK-nın 8 üzvü - Samir Bayramov, Teymur Həsənov, Elşən Hüseynov, Tağı Qənbərov, Şəfiqə Şeybullayeva, Günel Məmmədova, Rəmzi Nəbiyev və Aqil Nuriyevin mükafatlandırılmaları və fəaliyyətlərinə xitam verilməsi məsələsinə baxılıb və müsbət qərar verilib.

 

Sonra bəzi vəkillərin dövlət qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması və onların mükafatlandırılması, öz ərizələri ilə vəkillik fəaliyyətinə xitam verilməsi, müəyyən müddətdə üzvlük haqqından azad olunma, maddi yardım, habelə borclarının silinməsi, digər vəkil qurumlarına keçməsi ilə bağlı müraciətlərinə baxılıb, müvafiq qərarlar çıxarılıb.

 

Eyni zamanda Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunacaq "Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası"nın 10-cu və o cümlədən, Milli Məhkəmə Müsabiqəsinin 14-cü buraxılışlarının keçirilməsinə maddi dəstək göstərilməsi barədə məsələyə baxılıb və müsbət qərar qəbul edilib.

 

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 5 vəkilə xəbərdarlıq edilib, 4 vəkilə töhmət verilib, 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, habelə 1 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar çıxarılıb.

 


OXŞAR XƏBƏRLƏR

2 milyon dollara sığortalanmışdı: “Titanik” batarkən itirilən ən bahalı əşya nə olub?

“Titanik” Şimali Atlantik Okeanının dərinliklərinə batan zaman dəyərli qızıl, zinət əşyaları, nağd pul və qiymətli daşlar da əbədi olaraq itdi. Bunu...

Husilər İsrailin cənubunda Ramon hava limanına zərbə endiriblər

Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər İsrailin cənubunda Eylat şəhəri yaxınlığındakı Ramon hava limanına zərbə endiriblər.   Sf...

Yüzlərlə turist təxliyə edildi: Dünyanın yeddinci möcüzəsi su altında qaldı

İordaniyanın tarixi şəhəri Petra güclü yağışlar nəticəsində su altında qalıb. Sfera.az bildirir ki, dünyanın məşhur və qeyri-adi möcüzəsi güclü yağışa məru...

Fransadan Azərbaycana qarşı diplomatik hörmətsizlik

Fransa hökuməti İkinci Dünya müharibəsinin xatirəsindən müvəqqəti siyasi məqsədlər üçün istifadə edir.   Sfera.az Minval-a istinadən xəbər verir ki, ...

"Kubinka"da söküntü işlərinin qarşısı alındı - RƏSMİ

Kubinka"da "Vialon" tikinti şirkətinin apardığı söküntü işlərinin qarşısı alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Teleqraf-ı...

Sezen Aksu müəllif hüquqlarını 18 milyon dollara satdı

“Universal Music Group” (UMG) türk musiqisinin "Kiçik Sərçə"si Sezen Aksunun mahnı hüquqlarını satın alıb.   Sfera.az bildirir ...