NATO-nun baş katibindən TƏHLÜKƏLİ XƏBƏRDARLIQ– Ukrayna münaqişəsi daha da GENİŞLƏNİR...

NATO-nun baş katibindən TƏHLÜKƏLİ XƏBƏRDARLIQ– Ukrayna münaqişəsi daha da GENİŞLƏNİR...

NATO-nun baş katibi Mark Rutte Qərb dövlətlərinə Ukraynaya hərbi dəstəyi tez bir zamanda artırmaq tələbi ilə müraciət edib.

 

Onun fikrincə, bununla münaqişənin axarı dəyişə bilər: 
 

“Bizim dəstəyimiz sayəsində Ukrayna mübarizəni davam etdirir. Lakin biz bu münaqişənin gedişatını dəyişdirmək üçün daha da irəli getməliyik”.

 

Rutte trayektoriyanı necə dəyişmək istəyir? Ümumiyyətlə o, buna nail ola biləcəkmi
 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Asim Mollazadənin fikrincə, bu açıqlamanı anlamaq çətindir:
 

“Mən bu açıqlamaları anlaya bilmirəm. Əslində NATO ölkələri çalışmalıdırlar ki, dərhal danışıqlar başlasın və mövcud münaqişə sülh yolu ilə həll olunsun. Ukrayna da öz suverenliyini əldə edə bilsin. Danışıqlardan başqa yol, hər hansı hərbi yol dünya müharibəsinə gətirib çıxara və böyük faciə ilə nəticələnə bilər.
 

Onun üçün çalışmaq lazımdır ki, bütün milli qüvvələr, bu proseslərdə maraqlı olan bütün ölkələr sülh istiqamətində səylərini davam etdirsinlər”.
 

“Rusiyanın nüvə təhdidlərindən sonra bu açıqlama ilə bunlar da ona hədə-qorxu gəlirlər. Bir-birilərinə hədə-qorxu gəlməyin yerinə, sülh istiqamətində prosesi başlamalıdırlar” - deyə millət vəkili əlavə edib.


OXŞAR XƏBƏRLƏR