İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq

İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq

Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsinin (KASPPKOM) 8-ci sessiyası keçirilib.

 

Ekologiya və Təbii Sərvətər Nazirliyindən Sfera.az-a verilən xəbərə görə, sessiyada iqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılması məsələsi müzakirə edilib.

 

İranın təşkilatçılığı ilə onlayn formatda keçirilən KASPKOM-un 8-ci sessiyasında Azərbaycanın Milli Hidrometeorologiya Xidmətinin nümayəndə heyəti də iştirak edib.

 

Qeyd edilib ki, tədbir zamanı təşkilata üzv ölkələrin milli hidrometeorologiya qurumlarının nümayəndələri Xəzər dənizində aparılan hidrometeoroloji müşahidə işlərinin nəticələrini müzakirə ediblər.

 

Tədbir iştirakçıları tərəfindən iqlim məsələləri üzrə işçi qrupun yaradılması, KASPKOM və Tehran Konvensiyası arasında əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də Xəzər dənizi üzrə iqlim bülletenləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, qlobal iqlim dəyişmələrinin Xəzər dənizinin səviyyə tərəddüdünə mənfi təsirləri xüsusi vurğulanıb.

 

Sonda KASPKOM-un növbəti 9-cu sessiyasının Qazaxıstanda ənənəvi formatda keçirilməsi qərara alınıb.


OXŞAR XƏBƏRLƏR