Azərbaycan tərəfləri 300 milyard dollara razı sala bildi, böyük dövlətlər bu qərara riayət edəcəkmi? - AÇIQLAMA

Azərbaycan tərəfləri 300 milyard dollara razı sala bildi, böyük dövlətlər bu qərara riayət edəcəkmi? - AÇIQLAMA

Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) uzun danışıqlardan sonra əldə edilən razılığa görə, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə təxminən 10 il ərzində hər il 300 milyard dollar ödəyəcəklər. Bu vəsait kasıb ölkələrə iqlim dəyişiklikləri ilə mübarizə aparmaq üçün verilir.

 

Maraqlıdır, dünya bu qərara riayət edəcəkmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, sözügedən tədbir gərgin dövrə təsadüf etsə də, ilk dəfə böyük dövlətlər öz diktəsini həyata keçirə bilmədilər:

 

“Azərbaycan ev sahibi ölkə kimi xırda dövlətlərin maraqlarının nəzərə alınması üçün əlindən gələn hər şeyi etdi. Bakıda keçirilən müzakirələrdə kasıb ölkələr iqlim dəyişikliyinə dəstək üçün 1 trilyon dollar vəsait tələb edirdi, iri dövlətlər isə bu rəqəmin 100 milyardı aşmamasına çalışırdılar.  Lakin müzakirələrin yekunu olaraq Azərbaycan hər iki tərəfi 300 milyard dollarda razı sala bildi. Rəsmi Bakı ev sahibi kimi öz borcundan çıxdı. Bundan sonra bu vəsaitin necə xərclənməsi prosesi BMT-nin həll etməli olduğu məsələdir”.

 

Ekspert bildirdi ki, dünyanın böyük gücləri planetin təhlükəsizliyinə dırnaqarası yanaşır:

 

“ABŞ-nin yeni Prezidenti Donald Trampın iqlim dəyişikliyi ilə bağlı mənfi fikirlər bildirməsi, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin tədbirə qatılmaması və tədbirin sonunda Bakıya gələn Almaniyanın xarici işlər naziri Annelana Berbokun iqlim dəyişikliyindən başqa bütün mövzulara münasibət bildirərək bu səfərdən seçki öncəsi şou kimi istifadə etməsi bunu sübut edir.  Bu isə ümumi nəticəyə çatmağa mane olan əsas amildir”.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR