Həkimlərin səhvi: Kremasiya zamanı ölü dirilib

Həkimlərin səhvi: Kremasiya zamanı ölü dirilib

Hindistanın Racastan əyalətinin Jhunjhunu şəhərində baş verən şok hadisədə əvvəllər öldüyü elan edilən 45 yaşlı Rohitaşda kremasiyadan əvvəl həyat əlamətləri görünüb. Həkimlər Rohitaşa adlı bir adamın ölümünü təsdiqləmək üçün yarılma aparmayıb, sadəcə sənədləşmə ilə kifayətləniblər. Bu da çox maraqlı və görünməmiş vəziyyətə səbəb olub.

 

Sfera.az bildirir ki, görmə və eşitmə məhdudiyyəti olan, kimsəsiz bir adam həkimlərin yanlış rəyindən sonra meyitxanaya düşsə də, möcüzəvi şəkildə dirildilib.

 

Belə ki, yerli sığınacaqların birində qalan Rohitaş xəstələnib və noyabrın 20-də Rajkia Bhagwan Das Khetan (BDK) Xəstəxanasına yerləşdirilib. Vəziyyəti pisləşdikdən sonra həkimlər onun öldüyünü elan edərək meyiti morqa göndəriblər. Sonradan məlum olduğu kimi, həkimlər ölümü təsdiqləmək üçün yarılma aparmayıblar, ancaq sənədləşmə işləri ilə kifayətləniblər.

 

Adam kremasiya üçün hazırlanmazdan əvvəl meyitxananın dondurucusunda təxminən üç saat qalıb. Cəsəd artıq alovun üzərinə qoyulan zaman o, qəfildən həyat əlamətləri göstərərək toplaşanları şoka salıb. Rohitaş intensiv müalicə üçün yenidən xəstəxanaya aparılıb.

 

Möcüzəvi xilasetmə əməliyyatına baxmayaraq, kişi noyabrın 22-də səhər saatlarında yenidən reanimasiyada dünyasını dəyişib. Xəstəxananın baş həkimi və daha 3 həkim səhlənkarlıq ucbatından işdən uzaqlaşdırılıb.

 

Oxşar hallar

 

Bu hadisə ABŞ-da keçən il Ayova ştatındakı bir qayğı mərkəzində demensiyadan əziyyət çəkən qadının öldüyü bir hadisəni xatırladır. O, cəsəd çantasına yerləşdirilsə də, dəfn evində işçilər onun hələ də nəfəs aldığını aşkar ediblər. Həkimlər çağırıldıqdan sonra qadın xəstəxanaya aparılsa da, sonradan dünyasını dəyişib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Tramp Konqresin kitabxanaçısını işdən çıxartdı - Maraqlı

ABŞ Prezidenti Donald Tramp Konqres Kitabxanasının direktoru Karla Haydeni səbəb göstərmədən vəzifəsindən azad edib. Sfera.az Oxu.Az-a istinadən xəbər veri...

Orta məktəbdə bıçaqlanma - Yaralı var

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məm...

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan 56 yaşlı Cuma Turhan heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi...

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat...

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.   Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb. ...

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...