Azərbaycanda bu şəxslərin maaşları artırıldı - RƏSMİ

Azərbaycanda bu şəxslərin maaşları artırıldı - RƏSMİ

Ötən günlərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əməkdaşlarının sosial durumunun yaxşılaşdırılması məqsədi ilə əmək haqları (pedaqoji və inzibati heyət üzrə) artırılıb.

 

Sfera.az xəbər verir ki, ADPU-da analoji addımın atılması gözlənilir.

 

Universitetdən sorğuya cavab olaraq bildirilib ki, universitet əməkdaşlarının maddi və sosial təminatının yaxşılaşdırılması hər zaman qarşıya qoyulan əsas prioritet məsələlərdən hesab edilir və bu istiqamətdə mütəmadi olaraq vacib addımlar atılmaqdadır:

 

"Son 7 il ərzində universitetin həm pedaqoji heyətinin, həm də inzibati idarəetmə sahəsində fəaliyyət göstərən əməkdaşların əməkhaqqılarında nəzərəçarpan dərəcədə artım edilib. Lakin təbii ki, universitet bununla kifayətlənmək və qane olmaq niyyətində deyil. Son illər ərzində əməkdaşların əməkhaqqı göstəricilərinə həm ümumi şəkildə artım edilməsi, həm də diferensial şəkildə yüksəldilməsi həyata keçirilməklə yanaşı, fəaliyyət nailiyyətlərinə görə mükafatlandırma sisteminin də əhatə dərəcəsi xeyli genişləndirilib.

 

Bu istiqamətdə aparılan işlərin davamı olaraq, 2025-ci ilin əvvəlindən etibarən Pedaqoji Universitetdə əməkdaşların əməkhaqqı göstəricilərinə artımın edilməsi gözlənilir. Bununla bağlı qərar tədris semestrinin sonunda keçiriləcək universitetin Elmi Şurasında qərar veriləcəkdir",- deyə universitetdən qeyd edilib. (AzEdu.az)


OXŞAR XƏBƏRLƏR

Tramp Konqresin kitabxanaçısını işdən çıxartdı - Maraqlı

ABŞ Prezidenti Donald Tramp Konqres Kitabxanasının direktoru Karla Haydeni səbəb göstərmədən vəzifəsindən azad edib. Sfera.az Oxu.Az-a istinadən xəbər veri...

Orta məktəbdə bıçaqlanma - Yaralı var

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məm...

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan 56 yaşlı Cuma Turhan heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi...

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat...

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.   Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb. ...

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...