"Biz normal öpüşmürdük..." - Murad Boz erotik səhnələrdən danışdı/FOTOLAR

Ötən gün Nizami Kino Mərkəzində "Dönərsə sənindir” filminin qala gecəsi baş tutub.

BiG.AZ xəbər verir ki, Türkiyəli qonaqlar Murad Boz, Yasemin Allen və İrem Sak tamaşaçılarla filmə baxdıqdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar.

- Murad bəy, son zamanlar film sahəsində fəaliyyət göstərməyə başladınız. Səbəb film sahəsinə maraq, yoxsa pul qazanmaq oldu?

Murad Boz: Filmləri çox sevirəm. Türkiyədə belə bir söz var "Axarkən dolduracam". Karyeramda filmin də olmasını istəyirdim. Filmləri kinoteatrlarda izləyənlərdən biriyəm. Filmə çəkildikdən sonra davamı gəldi. Ondan sonra film sahəsində də fəaliyyət göstərmək istədim. Təbii ki, əsl sənətim mahnı oxumaqdır.

- Filmdə Yasemin xanım məşhurluqdan başı dönən bir xarakteri canlandırır. Bu həyatda da belədirmi?

Yasemin Allen: Bu, kənardan elə başa düşülə bilər. Mən "Selin"in elə bir insan olduğunu düşünmürəm. Tanındıqca elə hallar yaşana bilər, amma Muradı soruşursunzsa, elə bir insan deyil.



- Filmdə Yasemin xanımla Murad Bozun ayrılması zamanı çəkilən səhnəni tam görə bilmədik. Səbəb?

Yasemin: Murad dedi ki, mən başqasını sevirəm. Bu haqda film çəkilişində də danışmışdıq, filmin davamı çəkilsin, yoxsa belə qalsın və s. Səhnənin belə bitməsi və maraqlı qalması daha çox xoşumuza gəldi.

- Həyatda xanımlar daha çox sevgi əzabı çəkirlər. Amma filmdə Murad bəy sevgi acısı çəkən obrazı canlandırır. Sevgi əzabını yüngülləşdirmək üçün nə lazımdır?

Murad: Məncə qadınlar qədər kişilər də sevgi acısı çəkir. Canlandırdığım Mehmet obrazı da onun bir örnəyidir. Mən həyatda o vəziyyətdə olub, depressiyaya düşsəydim, həmin an Sezen Aksunun mahnılarını dinləməzdim.

- Filmin ən çətin səhnəsi hansı idi?



Yasemin: Selinə başqasını sevdiyi zaman çəkilən səhnə...(gülür).

Murad: Dostlarım Türkiyənin çox önəmli aktyorlarıdır. Mən hər zaman komedik obrazlarda oynayıram. Dramatik obrazda oynamamışam. Ona görə də bəzi səhnələrdə çətinlik çəkdim. Amma hər iki aktrisa mənə çox kömək etdilər.

- Hər zaman romantik komediya janrında çəkilən filmlərdə oynamısınız. Gələcəkdə dramatik obraza çəkilmək istərdinizmi?

Murad: Bəli, romantik komediyada çəkilirəm. Aktyorluq çox çətin sənətdir. Təbii ki, komediya janrında çəkilən filmlərdə oynamaq asan deyil. Amma dramatik obrazda oynamaq üçün çox çalışmaq lazımdır.

- Filmdə öpüşmə səhnələri çox idi. Bu hər iki tərəf üçün problem yaşatmadı ki?

Murad: Biz normal öpüşmürdük(gülür). Yanağından öpüb...

- Filminizin Azərbaycandan başqa hansı ölkədə qala gecəsi keçiriləcək?

Murad: Türkiyədə qala gecəsi keçirilib. Sabah isə Antalyada təqdimatı baş tutacaq.

- Filmə tamaşaçı marağı sizi qane edirmi?

- Biz çox məmnunuq. Həqiqətən da yaxşı film çəkdiyimizə inanırıq. Siz də filmimizi sevsəniz çox şad olarıq.





OXŞAR XƏBƏRLƏR

“Aztelekom”un əməkdaşı Heydər Əliyev zirvəsinə qalxdı - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Li...

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...

Ceyhun Mirzəyevin yeganə qızıMoskva küçələrində

"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır. &nbs...