Biləsuvarda “Hindquşu festivalı” keçiriləcək

Biləsuvarda “Hindquşu festivalı” keçiriləcək

Bu ilin 30 noyabr tarixində Biləsuvar rayonundakı Mərkəzi Parkda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə möhtəşəm “Hindquşu festivalı” keçiriləcək.

 

Sfera.az xəbər verir ki, tədbirdə Salyandan Cəngi qrupu, Masallıdan Nənələr qrupu, saz, şeir deyişmələri, Basqal Arxeoloji Qoruğdan nümayəndə heyəti, ümumilikdə müxtəlif sənətkarlıq nümunələri-dulusçuluq, həsirçilik, rəsm üzrə masterclasslar, maraqlı İlan şousu göstəriləcək.  Əlavə olaraq müxtəlif idman oyunları – nərd yarışı, darts yarışı, tiratma, qol güləşi, şahmat vəs təşkil olunacaq.

 

Festivalda qonaqların xüsusi marağına səbəb olacaq kənd həyatı və pambıq sahəsinin canlı model nümunələri göstəriləcək. Biləsuvarda olan bütün ev heyanları, eləcə də müxtəlif quş növləri nümayiş olunacaq. Festival peşəkar fotoqraf və videoqraflar tərəfindən lentə alınacaq. Festivalda məşhur aparıcı və tanınmış gülüş ustalarının iştirakı gözlənilir. Eləcə də ölkənin müxtəlif aqrar-sənaye şirkətləri, istehsal müəssisələri,sahibkarlar iştirak edəcəklər.

 

Qeyd edək ki, sözügedən festival artıq ənənəvi olaraq 4 ildir ki, baş tutur.

 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...