İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır

İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır

Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə və təlimlər başlanır.

 

Mərkəzdən Sfera.az-a bildirilib ki, müsahibələrə noyabrın 20-dək DİM-in saytında qeydiyyatdan keçmiş 690 namizəd dəvət olunacaq.

 

Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq müsahibələr DİM-in inzibati binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299) və regional bölmələrində təşkil olunacaq.

 

Müsahibənin vaxtı və yeri namizədin öz anketində qeyd etdiyi elektron poçt və ya mobil telefon nömrəsi vasitəsilə bildirilir.

 

Müsahibəyə gələrkən aşağıda qeyd olunan sənədlər təqdim edilməlidir:

 

- Şəxsiyyət vəsiqəsi və surəti;

 

- Buraxılış rejimini aparan əməkdaşın anketi (dim.gov.az saytında (//eservices.dim.gov.az/muhafize_qeyd/userlogin.aspx) elektron anket təsdiq etdikdən sonra çap edilərək namizəd tərəfindən imzalanır);

 

- İş yerindən arayış (iş yeri olduğu halda);

 

- Anketində qeyd etdiyi bank rekvizitləri (rekvizitlərin aid olduğu bankdan möhürlü kağız formasında alınmalıdır);

 

- Təhsil haqqında sənədin əsli və surəti;

 

- Məhkumluğun olmamasına dair arayış (“ASAN xidmət” mərkəzlərində ödənişsiz əldə edilir).

 

Təqdim edilmiş məlumatlar müvafiq dövlət qurumlarının elektron informasiya bazalarında yoxlanılacaq və hər hansı uyğunsuzluq aşkar edilərsə, namizədin müraciəti ləğv olunacaq.

 

Müsahibədən uğurla keçən şəxslər müvafiq təlimə cəlb olunacaq.

 

Müsahibə və təlimlər ödənişsizdir.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...