Məişət zorakılığına məruz qalan şəxslərinməlumat bankı yaradılacaq

Məişət zorakılığına məruz qalan şəxslərinməlumat bankı yaradılacaq

Azərbaycanda məişət zorakılığına məruz qalan şəxslərin məlumat bankı yaradılacaq.

 

Sfera.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan Məişət zorakılığına qarşı mübarizə ilə bağlı hazırlanan yeni fəaliyyət planında öz əksini tapıb.

 

Komitənin Hüquqi təminat şöbəsinin əməkdaşı Rahil Süleymanzadə qurumun rəsmi feysbuk səhifəsindəki canlı yayımda bildirib ki, fəaliyyət planının layihəsi yaxın aylarda aidiyyəti dövlət qurumlarına göndəriləcək:

 

"Vətəndaşların məlumat bankında müraciət edən şəxsin əvvəllər zorakılığa məruz qalıb-qalmadığı, ona hansı hüquqi yardımların göstərildiyi, prosesin nəticəsi və s. haqqında məlumatlar öz əksini tapacaq".

 

Xatırladaq ki, "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı"nının icra müddəti başa çatıb.

 

Bildirək ki, BMT Baş Assambleyasının 1999-cu ilin dekabrında qəbul etdiyi qətnaməyə əsasən, hər il noyabrın 25-də Beynəlxalq Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü kimi qeyd olunur.


OXŞAR XƏBƏRLƏR

Natəvan Bayramova yeni vəzifəyə təyin olundu

"Referans Medical Group"un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.   Sfera.az xəbər verir ki,...

Ayın 8-i kabusu... - Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə ...

Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresdən keçməsinə razılıq vermə imkanını ciddi şəkildə nəzərdən ...

Azərbaycanda ana doğuş zamanı öldü - TƏFƏRRÜAT

20:06   İmişli rayonundan olan qadın Sabirabadda doğuş zamanı ölüb. Sfera.az xəbər verir ki, İmişli rayon sakini, 1992-ci il təvəllüdlü Kərimova...

Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapıldı

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.   Sfera.az-ın məlumatına görə, meyit Yuxarı Qarabağ k...

Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var

Ermənistan Müdafiə Nazirliyinin poliqonunda minaatan mərmisinin partlaması nəticəsində bir neçə nəfər yaralanıb.   Bu barədə Sfera.az“Armenpres...