Bakıda 31 il əvvəl sahibkarın qətlinin üstü açıldı

Bakıda 31 il əvvəl sahibkarın qətlinin üstü açıldı

Bakıda 31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və DİN-in yaydığı birgə məlumatda bildirilib.

 

Qeyd edilib ki, Bakı şəhərinin Nizami rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 31 il əvvəl, 1993-cü il  fevralın 14-də sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1956-cı il təvəllüdlü Babayev Əli-İskəndər Hacıbala oğlunun idarə etdiyi avtomobilin içində odlu silahdan açılmış atəşlə qəsdən öldürülməsi cinayətinin üstünün açılması təmin olunub.

 

Toplanmış sübutlarla 1973-cü il təvəllüdlü, Azərbaycan vətəndaşı Qililov Aydın Şauloviçin həmin gün saat 22 radələrində əvvəllər tanıdığı Əli-İskəndər Babayevlə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 84 nömrəli binanın qarşısında görüşüb, sonuncuya məxsus  “Qaz-24” markalı avtomaşının salonunda söhbət edərkən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qanunsuz olaraq əldə edib üstündə gəzdirdiyi odlu silah olan “Naqan” tipli tapançadan 2 dəfə atəş açaraq Əli-İskəndər Babayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

 

Aydın Qililov 22 noyabr 2024-cü il tarixdə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

 

Ötən illərdə qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalan şəxsiyyət əleyhinə cinayətlərin açılması, törədilmiş cinayətə görə cinayət məsuliyyətinin və cəzanın labüdlüyü prinsipinin təmin olunması istiqamətində prokurorluq və digər hüquq-mühafizə orqanları tərəfindən zəruri tədbirlərin icrası davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...