Lənkəranda avtomobillər toqquşdu - Xəsarət alanlar var

Lənkəranda avtomobillər toqquşdu - Xəsarət alanlar var

Lənkəran rayonunda baş verən yol qəzasında xəsarət alanlar var.

 

Sfera.az report-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Liman şəhərindən keçən hissəsində qeydə alınıb.

 

Qəza zamanı xəsarət alan Masallı rayonunun Çayqırağı kənd sakini, 1983-cü il təvəllüdlü Bəhruz İmanqulu oğlu Cəfərov, onun həmkəndlisi, 1955-ci il təvəllüdlü Vəsilə Abdulrza qızı Hüseynova və Lənkəran rayonunun Qumbaşı kənd sakini, 1992-ci il təvəllüdlü Hikmət Xanhüseyn oğlu Bəşirov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR