İçkini kartla, siqareti isə nağd pulla almaq mümkün olacaq

İçkini kartla, siqareti isə nağd pulla almaq mümkün olacaq

Vergilər nazirinin birinci müavini Natiq Əmirov aksiz markalı malların – spirtli içkilərin plastik kartlar vasitəsilə satılması məsələsinə aydınlıq gətirib. 

Oxu.Az xəbər verir ki, onun bildirdiyinə görə, məqsəd vergi yükünü artırmaq deyil, insanlarda nağdsız ödəmə vasitələrindən istifadə etmək mədəniyyətini formalaşdırmaqdır.

O bildirib ki, Pos-Terminalın obyektlərdə quraşdırılması zamanı isə vergi ödəyiciləri hər hansı ödəmə etməyəcək.

“Düşünürəm ki, spirtli içkilər həyat əhəmiyyətli məhsul deyil, buna görə də, 3 gün gec də satıla bilər”, - deyə nazirin birinci müavini deyib.

N.Əmirov onu da deyib ki, tütün məlumatlarının fərdi şəkildə alınması sosial məsələdir, bu məqsədlə bu məhsulların alınması zamanı nağdsız alış-veriş qaydasının tətbiqi təxirə salınıb:

“Tütün məmulatları spirtli içki kimi zərərli vərdiş olsa da, bununla belə bu, sosial məsələdir. Çoxlu sayda insan bu məhsulu istehlak edir. Xüsusilə yaşlı insanlar arasında bu məhsulun kütləviliyi nəzərə alınaraq tütün məmulatlarının fərdi alınması zamanı nağdsız alış-veriş qaydası şərti olaraq təxirə salındı.

Bunlar vətəndaşa aiddir, sahibkarlar isə tütün məmulatını satmaq üçün alırsa, mütləq onu nağdsız almalıdır və bu məhsulun nağdsız alınması barəsində sənədləri olmalıdır”.

Qeyd edək ki, Vergilər Məcəlləsinə edilən bu dəyişikliklər 2016-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək.


OXŞAR XƏBƏRLƏR

"Bu illərdə dünya ilə əlaqəyə keçəcəklər, məxfi sənədlər açılacaq və..." - MARAQLI PROQNOZLAR

Uzun illərdir ki, yadplanetlilər və dünya ilə onların əlaqələri barədə müxtəlif proqnozlar səsləndirilir. Xüsusilə öncəgörənlərin, kahinlərin bununla bağlı...

İstanbul-Moskva reysi texniki səbəblərdən ləğv edildi

Yanvarın 15-nə planlaşdırılan İstanbul-Moskva reysi texniki səbəblərdən ləğv edilib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-i "Aeroflot...

Əsgərimiz vəfat etdi

Azərbaycan Ordusunun əsgəri vəfat edib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, əsgər Adil Baxışəli oğlu Baxışəliyev 2024-cü il dekabrın 2...

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

 “Karabakh-Pakistan” şirkəti ilə  Pakistanın ən böyük iqtisadiyyatına malik olan və milli ÜDM-ə ən çox töhfə verən Pəncab əyalətinin Sənay...

Azərbaycanda vəzifəli şəxsin oğlu ÖLDÜ - FOTOLAR

Dünən axşam saatlarında Xətai rayonunda bədbəxt hadisə baş verib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 20 radələri...

Son 10 ilin ən aşağı inflyasiyası qeydə alındı - STATİSTİKA

Azərbaycanda ötən il ortaillik inflyasiya 2,2 faiz olub.   Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü il ərzində ortaill...