Prezidentin köməkçisi: Almaniya XİN başçısının Azərbaycana qarşı ittihamları qəbuledilməzdir

Prezidentin köməkçisi: Almaniya XİN başçısının Azərbaycana qarşı ittihamları qəbuledilməzdir

COP29 uğurla başa çatdı.

 

Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə X-da paylaşımında bildirib.

 

Hikmət Hacıyev qeyd edib ki, mühüm nailiyyətlər arasında yeni maliyyə hədəfinin müəyyən edilməsi yer alıb və qlobal iqlim fəaliyyətinin tarixində "Bakı sıçrayışı" kimi iz buraxıb: "Bununla belə, danışıqların ən kritik və çətin anlarında inkişaf etməkdə olan dünya və Qlobal Cənub Avropa İttifaqından, ümumilikdə isə Qərbdən konkret maliyyə öhdəlikləri gözlədiyi bir vaxtda Almaniyanın xarici işlər naziri Annalena Baerbokun Azərbaycana qarşı ittihamlar səsləndirməsi qəbuledilməz idi.

 

Təəssüflər olsun ki, xanım Baerbok Almaniyanın qarşıdan gələn seçkilərini çoxtərəfli diplomatiya ilə birləşdirib, ehtimal ki, COP29-dan öz seçki kampaniyası üçün platforma kimi istifadə etməyə cəhd göstərir. O, həmçinin hesab etməli idi ki, Avropanın liderlik nümayiş etdirə bilmədiyi, dünyanın geosiyasi baxımdan dərin qütbləşdiyi bir vaxtda bu çətin danışıqlar Almaniya kansleri və Avropa Komissiyasının iştirakı olmadan baş verdi. Lakin biz Almaniya və Avropa İttifaqının iqlim danışıqları üzrə qruplarının peşəkar töhfələrini və əməkdaşlığını qəbul edirik.

 

Dünya şahiddir ki, Azərbaycan COP29-un ev sahibi və sədri kimi nəticələrin əldə edilməsi üçün vicdanlı vasitəçi kimi çıxış etmişdir".

 


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...