Quterreş COP29-da əldə olunmuş razılaşmanın əhəmiyyətini qeyd etdi

Quterreş COP29-da əldə olunmuş razılaşmanın əhəmiyyətini qeyd etdi

COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur.

 

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreşin bəyanatında bildirilib.

 

"COP29-un başa çatması rekord temperatur və iqlim fəlakətləri ilə yadda qalan çətin bir ili başa vurur, eyni zamanda emissiyalar artmaqda davam edir", - deyə A.Quterreş bildirib. O, borc yüklərindən, iqlim şoklarından və bərpa olunan enerji mənbələrinə keçiddə geridə qalan inkişaf etməkdə olan ölkələr üçün kritik maliyyə ehtiyacını vurğulayıb.

 

Onun sözlərinə görə, COP29-da əldə olunan razılaşma qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət kəsb edir. "Ölkələr vəzifənin öhdəsindən gəldi. Mən maliyyələşdirmə və yumşaldılmada daha iddialı nəticələrə ümid edirdim, lakin bu razılaşma gələcək fəaliyyət üçün möhkəm əsas verir", - o əlavə edib.

 

Baş katib vədlərin tez bir zamanda icraata çevrilməsinin vacibliyini vurğuladı: "Öhdəliklər sürətlə real fondlara çevrilməlidir. Yeni maliyyələşdirmə hədəfinə nail olmaq üçün bütün ölkələr qüvvələrini birləşdirməlidir".

 

Quterreş həmçinin tullantıların azaldılması, enerji keçidinin sürətləndirilməsi və karbon bazarlarına yanaşmaların uyğunlaşdırılmasında irəliləyiş də daxil olmaqla, COP29-un əsas nailiyyətlərini vurğuladı. O, ölkələri, xüsusən də G20 qrupuna daxil olan ölkələri COP30-dan xeyli əvvəl 1.5°C hədəfinə cavab verən yeni Milli İqlim Fəaliyyət Planlarını təqdim etməyə çağırıb:

 

"Borcun azaldılması, güzəştli maliyyələşdirmənin artırılması, vəsaitlərə çıxışın sadələşdirilməsi və adekvat yenidən kapitallaşma yolu ilə çoxtərəfli inkişaf banklarının potensialının əhəmiyyətli dərəcədə gücləndirilməsi üzrə effektiv tədbirlər gələcək üçün əsas vəzifələrdir".

 

Quterreş yekunda Azərbaycan hökumətinə və COP29-un prezidenti Muxtar Babayevə görkəmli liderliklərinə, eləcə də UNFCCC-nin icraçı katibi Saymon Still və BMT komandasına mühüm töhfələrinə görə təşəkkürünü bildirib: "COP29 irəliyə doğru atılmış mühüm addım idi. İndi hamımız əldə edilmiş razılaşmaları uğura çevirməliyik".


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...