Rafael Dadaşov qızı haqda: "O oxusa, Səidə gərək sussun" - FOTO
Maqazin
21:37 / 05.01.2017
1851
Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Rafael Dadaşov ailəsindəki istedadlardan danışıb. Məşhur aktyor bu haqda Milli.Az-a bildirib:
"Hamı bilir ki, mənim həm ana tərəfim, həm də ata tərəfim incəsənətə meyllidirlər. Atam Məlik Dadaşovu elə bir insan yoxdur ki, tanımasın. Həmçinin də anamı. Mənim Səidədən başqa, böyük qızımın da çox gözəl səsi var. Çox gözəl musiqi duyumu var. Amma o nədənsə müğənnilik sənətini seçmədi. Evdə ilk o oxumağa başlayıb. Bacısı oxumağa başlasa, gərək Səidə sussun (gülür). Səidə bu yolu seçib və çox da uğurludur. Onun bir neçə mahnısının bəstəkarı mənəm".
Qeyd edək ki, aktyor Rafael Dadaşovun qızı Səidə Dadaşova uzun illərdir ki, müğənni kimi fəaliyyətdədir.