Ukrayna ordusu Berdyansk limanına RAKET ATDI: "Təkrar hücumlar mümkündür"
Siyasət
14:56 / 23.11.2024
5756
Ukrayna Silahlı Qüvvələri Berdyansk limanına idarə olunan raketlə hücum edib.
Sfera.az bildirir ki, bu barədə Zaporojye qubernatoru Yevgeni Balitski məlumat verib.
“Düşmən Berdyansk limanına idarə olunan raket zərbəsi endirib. Ölən və yaralananlar olmayıb, yaranan yanğınlar isə söndürülüb”, - qubernator öz “Telegram” kanalında yazıb.
O qeyd edib ki, təkrar hücumlar mümkündür: “Lakin hava hücumundan müdafiə işləyir, liman da fəaliyyətini davam etdirir”.
Günay
Sfera.az