Bu gün bürclər sizə nə vəd edir? - Əyləncə, mənfəət, uğur...

Bu gün bürclər sizə nə vəd edir? - Əyləncə, mənfəət, uğur...

Astroloji məlumatlar demək olar, əksəriyyətin maraq obyektindədir.

 

Sfera.az bu gün bürcləri nələr gözlədiyi barədə xəbər verir.

 

Qoç – Dostlarınızla əməkdaşlıq etmək istəyə bilərsiniz. Dəstəklərdən müsbət mənada istifadə etməklə uğura nail olursunuz. Bu gün də dostlarınıza vaxt ayırın.

 

Buğa - Əvvəlkindən daha çox işləməli olacaqsınız. Yaxşı niyyətli davranışınız ətrafınızdakılar tərəfindən maraqla izlənilir. Əyləncəli hadisələr ön plana çıxacaq.

 

Əkizlər - Bu gün sözləriniz mənalı və gözəldir. Yaşadığınız hadisələri müəyyən tarazlıqda saxlamağa çalışmaq sizi yora bilər. Ancaq əldə edəcəyiniz uğur buna dəyər.

 

Xərçəng - Yaradıcılığınızdan maliyyə məsələlərində istifadə edəcək və vəziyyəti ağılla qiymətləndirəcəksiniz. Emosional davranmamalı və yanaşmalarınız məntiq çərçivəsində olmalıdır. Dostlarınızdan alacağınız təklifləri düşünməli və tez qərarlar verməməlisiniz.

 

Şir - Bu gün, xüsusən də hər şeyi məntiq süzgəcindən keçirdiyiniz üçün səhv etmək ehtimalınız son dərəcə aşağıdır. Emosional intuisiyanız gərgin olsa da, tələsik qərarlar sizi çaşdıra bilər.

 

Qız - Bu gün məşğul olduğunuz hər bir mövzunu araşdırmaqdan yorula bilərsiniz. Dostlarınız bəzi mühüm problemlərini sizinlə bölüşmək istəyəcəklər. Ehtiyatlı olun.

 

Tərəzi - Araşdırmağı və yeni şeylər kəşf etməyi sevirsiniz. Zehni fəaliyyətiniz yüksək olaraq qalır. Özünüzü və ətrafınızdakıları mühakimə etməyi dayandırın və hər şeyi olduğu kimi qəbul etməyi öyrənin. Yeni səyahət imkanları var.

 

Əqrəb - İdarə olunmağa nifrət etdiyiniz üçün işinizi mükəmməl görməyə çalışırsınız və uğur qazanırsınız. Bu gün görüşəcəyiniz insanların şəxsi xüsusiyyətləri sizin üçün önəmli olacaq.

 

Oxatan - İndi daha şəffaf olmağın vaxtıdır. İstəklərinizi həyata keçirməyə çalışacaqsınız və bir çox kombinasiyalar üzərində işləyəcəksiniz.

 

Oğlaq - Yeni başlanğıclar diqqətinizi cəlb edir, lakin cəsarətli ola bilmirsiniz. Bu gün partnyorunuzla birgə qərarlar qəbul edə bilərsiniz.

 

Dolça - İşinizi mənfəətə çevirmək istəyə bilərsiniz. Bu gün siz hobbinizlə bağlı geniş araşdırma platforması yarada bilərsiniz. Bu səbəbdən də ətrafınızdakıların qınaq hədəfinə çevrilə bilərsiniz.

 

Balıqlar - Sağlam həyat tərzi bu gün gündəmə gələ bilər. Bir çox pəhriz növlərini nəzərdən keçirə bilərsiniz. Dostlarınızla razılaşmalı olduğunuz şeylər var. Olduğunuz mühitlərdə aktiv işinizlə diqqət çəkəcəksiniz.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...