Müxalifət lideri “dövlətə xəyanət”də İTTİHAM OLUNDU: “Səbəb bu qanundur”

Müxalifət lideri “dövlətə xəyanət”də İTTİHAM OLUNDU: “Səbəb bu qanundur”

Venesuela müxalifət lideri Mariya Korina Maçado dövlətə xəyanətdə ittiham olunub.

 

Sfera.az bildirir ki, bununla bağlı prokurorluqda istintaq başladıldığı açıqlanıb. Bu barədə Venesuelanın baş prokuroru Tarek William Saab danışıb. O, Maçadonun ABŞ-nin Venesuelaya qarşı hazırladığı sanksiya paketini dəstəklədiyini bildirib. Baş prokuror Maçadonu adını çəkmədən hədəf alıb.

 

Bildirilib ki, müxalif lideri ABŞ Konqresi üzvünün sosial media hesabından verdiyi açıqlamadan sitat gətirərək sanksiyaları dəstəkləyib. Venesuela administrasiyasını hədəf alan Maçado isə, “Venesuela xalqının cəsarətini və iradəsini dəstəklədiyiniz üçün təşəkkür edirəm. Prezident Nikolas Maduro rejimi həqiqəti susdura bilməyəcək. “Bolivar qanunu”nu müdafiə edən və qəbul edən Nümayəndələr Palatasının bütün üzvlərinə təşəkkür edirəm. Bu qanun Maduro rejimini məsuliyyətə cəlb etmək üçün mühüm addımdır. Venesuela üçün azadlıq mübarizəsini davam etdirəcəyik”, - bildirib.

 

Qeyd edək ki, Venesuelada bir müddətdir harada olduğu bilinməyən müxalifət lideri Maçado, adətən sosial şəbəkələrdə açıqlamalar verir. ABŞ Konqresinin Nümayəndələr Palatasında müzakirə edilən “Bolivar Qanunu” kimi tanınan layihə ilə Venesuelaya qarşı yeni iqtisadi sanksiyaların tətbiq ediləcəyi gözlənilir.

 

Xatırladaq ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Venesuela Seçki Şurasının açıqladığı nəticələrə görə, Maduro 51,20 faiz səslə üçüncü dəfə prezident seçkilərində qalib gəlib. İyulun 29-da isə seçki başa çatdıqdan sonra bəyanatla çıxış edən müxalifət Milli Seçki Şurasının məlumatlarının dəqiq olmadığını və nəticələrin saxta olduğunu iddia edib.

 

Günay

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...