Xameneinin səhhəti və yaşı NARAHATLIQ YARADIR: Onun varisi kim olacaq?

Xameneinin səhhəti və yaşı NARAHATLIQ YARADIR: Onun varisi kim olacaq?

İranın Ali Lideri Ayətullah Əli Xameneinin səhhəti zaman-zaman müzakirə obyekti olub. Son günlər də bildirilir ki, dini liderin yaşının çoxluğu səbəbi ilə ciddi narahatlıqlar var. Bu hal isə yeni rəhbərin kim olacağı sualının yaranmasına şərait yaradır.

 

Artıq İran Ekspertlər Şurasının üzvü və İsfahanın Cümə imamı Əbülhəsən Məhdəvi Xameneinin istəyi və tapşırığı əsasında dini liderdən sonrakı dövr üçün 3 nəfərin namizədliyinin təsdiqlədiyi haqqında açıqlama verib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib ki, Əli Xamenei sağlığında yeni dini liderin seçilməsini istəyir. Onun sözlərinə görə, onu buna vadar edən birinci səbəb sağlamlıq vəziyyəti və yaşının çoxluğu olsa da, digəri ABŞ-dəki hakimiyyət dəyişikliyi, İrana qarşı sərt xəttin tərəfdarı olan Donald Trampın prezident seçilməsidir:

 

“85 yaşlı Xamenei yaxşı başa düşür ki, Trampın dövründə ABŞ-nin əsas hədəflərindən biri məhz İran olacaq. Buna görə də ölkənin ali rəhbəri kürsüsünə daha gənc və çevik birinin oturması arzu ediləndir. Nəzərdə tutulan üç nəfərin şəxsiyyəti isə olduqca gizli saxlanılır. Hələ ki, ictimaiyyətə bu barədə heç bir açıqlama verilmir. Ancaq son zamanlar atasının dəstəyi ilə mövqelərini möhkəmləndirən mövcud ali rəhbərin oğlu Müctəba Xameneinin həmən şəxslərdən biri olması böyük ehtimaldır. Oğul Xameneinin bu posta gəlişi çətin görünsə də, mümkünsüz deyil. Məsələ ondadır ki, ali rəhbəri seçəcək 88 nəfərdən ibarət Ekspert Şurasının bir çox nüfuzlu üzvü məhz Xameneinin özündən sonra hakimiyyəti oğluna ötürməsinə narazılıq edəcəklər. Çünki bu qrup bir ailənin güclənməsini arzu etmirlər. Bu, dini üləmanın ölkə üzərində kollektiv nəzarətinə böyük təhdid deməkdir. Dini müxalifətə daha bir dəstək də prezident Məsud Pezeşkiandan gələcək. İranda ali dini rəhbərin seçilməsində prezident böyük ağırlıq sahibidir”.

 

Ekspert bildirib ki, Pezeşkian özü ilə münasibətləri gərgin olan Müctəbanın deyil, daha mülayim bir din xadimin bu posta yiyələnməsinə çalışacaq:

 

“Ancaq Xamenei SEPAH və nəzarətindəki digər silahlı qruplar vasitəsi ilə müxalifətin səsini kəsə bilər. Uzun müddətdir ki, bu vəzifə üçün adı keçən İmam Rza məqbərəsinin rəhbəri və eyni zamanda, ölkə prezidenti olan İbrahim Rəisi də bu il helikopter qəzasında həlak oldu. Hazırda İran daxilində ali dini lider postu üçün üç nəfərin arasında ciddi mübarizə gedir. Müctəbadan başqa, bu vəzifə uğrunda açıq - gizli formada Məsləhət Şurasının rəhbəri Sadiq Laricani və Ruhullah Xomeyinin nəvəsi Həsən Xomeyni də mübarizə aparır. Ali dini lideri seçən Ekspertlər Məclisinin rəhbəri Ayətullah Əhməd Cənnəti Xomeyni ailəsinin yenidən siyasətə qayıtmasını dəstəkləyir. Əgər yaşı çox olmasaydı, Əhməd Cənnəti ölkənin ali rəhbəri olmağa ən ideal və müzakirəsiz lider namizəd idi”.

 

Z.Əmrəliyev qeyd edib ki, 97 yaşlı nüfuzlu Ayətullahın özündən 12 yaş kiçik olan Xameneinin yerinə gətiriləcəyi inandırıcı deyil:

 

“Sadiq Laricani isə nüfuzlu Laricani qardaşlarından biridir. Xamenei bu qardaşların siyasi fəallığını görərək onları əsas proseslərdən kənarda saxlayır və real gücü olmayan vəzifələrə gətirir. Ali dini rəhbərin baş müşaviri olan Əli Laricani isə qardaşının ölkənin birinci şəxs olması üçün sıx kampaniya aparır. Onun bölgə ölkələrinə səfər edərək müxtəlif görüşlər keçirməsinin də məhz bununla əlaqədar olduğu bildirilir. Laricani qardaşlarının bu məsələdə əsas hədəfi prezident Pezeşkianı razı salmaqdır. Bu halda, Sadiq Laricani ali rəhbərliyə daha da yaxınlaşmış olar. İstənilən halda, İranda artıq müzakirə başlayıb və yaxın zamanda ölkənin yeni rəhbərinin kimliyi bəlli olacaq”.

 

Günay Rəsulqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...