Məktəb direktoru qəzada öldü - FOTO

Məktəb direktoru qəzada öldü - FOTO

Bu gün İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Gundem.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Məzrəli kənd sakini İsayev Əldursun Feyruz oğlunun idarə etdiyi "Toyota" markalı avtomobillə Aranlı kənd sakini Qənbəralıyev Vüsal Teyyub oğlunun sükan arxasında olduğu "Hyundai" markalı minik maşını toqquşub. Nəticədə Əldursun İsayev ölüb, Vüsal Qənbəralıyev isə xəstəxanaya yerləşdirilib.

Əldə etdiyimiz məlumata görə, qəzada həlak olan Əldursun İsayev İmişli rayon Məzrəli kənd tam orta məktəbinin direktoru olub. İmişli rayon təhsil sektorunda metodist, Məzrəli kənd tam orta məktəbində məktəb direktoru, yaxın günlərdə isə regional təhsil idarəsində fəaliyyətə başlamışdı.

Ailəli idi, yaxın günlərdə oğluna kiçik toy etmişdi. 

Faktla bağlı araşdırma aparılır.

 

Məqaləyə dair fotomateriallar:

  •  

OXŞAR XƏBƏRLƏR

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...

“WhatsApp”da bu mesaja cavab verməyin - Yeni dələduzluq üsulu yayılıb

“WhatsApp”, istifadəçiləri yeni bir dələduzluq üsulu barədə xəbərdar edib. Xəbərdaqlıqda qeyd edilir ki, tanıdığınız bir şəxsdən gələn “Salam,...

Tanınmış analitik canlı yayımda huşunu itirdi - VİDEO

ABŞ-nin tanınmış siyasi analitiki və Donald Tramp administrasiyası rəsmisi Kamrin Kinsi, “Fox News @ Night” proqramında canlı yayım zamanı qəfildən ...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib - FOTO -YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.   Sfera.az xəbər ...

Bakıda 4 otaqlı ev tamamilə yandı

Bakıda 4 otaqlı ev tamamilə yanıb.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   Qeyd olunub ki, paytaxtın...