Bakıda 300-ə yaxın yaşayış və qeyri-yaşayış obyekti dövlət ehtiyacları üçün alınacaq

Bakıda 300-ə yaxın yaşayış və qeyri-yaşayış obyekti dövlət ehtiyacları üçün alınacaq

Bakıda vətəndaşlara məxsus 283 yaşayış və qeyri-yaşayış obyekti dövlət ehtiyacları üçün alınacaq.

Sfera.az Trend-ə istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin qərarında göstərilir.

Baş nazirin müavini Abid Şərifov tərəfindən imzalanan qərara əsasən, Yasamal rayonu ərazisində Nəriman Nərimanov prospekti ilə Balababa Məcidov, Fuad İbrahimbəyov və Abdulla Şaiq küçələri arasındakı ərazidə 260 ədəd, Nəriman Nərimanov prospekti, Süleyman Tağızadə, Abdulla Şaiq və Lev Tolstoy küçələrinin əhatəsində, Nəriman Nərimanov prospekti və Lev Tolstoy küçələrinin kəsişməsindəki ərazidə 23 ədəd, ümumilikdə sayı 283 olan vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib.

Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, bu qərarın 1-ci hissəsində nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etsin.



OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...