"Putin çıxışında “nüvə silahı” ifadəsini işlətmədi, indi gərginliyi artıran Ukraynadır..." - AÇIQLAMA

"Putin çıxışında “nüvə silahı” ifadəsini işlətmədi, indi gərginliyi artıran Ukraynadır..." - AÇIQLAMA

Ötən gün Rusiya Prezidenti Vladimir Putin ölkəsinə qarşı Qərbin uzaqmənzilli silahlarından istifadə edildiyini açıqlayıb. Onun sözlərinə görə, Bryansk və Kursk vilayətlərindəki hərbi obyektlər noyabrın 19-da ATACMS (ABŞ istehsalı), noyabrın 21-də isə “Storm Shadow” raketləri ilə (Böyük Britaniya istehsalı) hücuma məruz qalıb. Putin qeyd edib ki, Qərb raketlərinin Rusiya Federasiyasına hücumundan sonra Ukraynada münaqişə qlobal xarakter alıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu deyib ki, bu haqda Ukraynaya qarşı müharibəyə başlamazdan əvvəl düşünmək lazım idi:

 

“Putinin sözlərinə görə, Rusiya ərazisini hədəf alan raketlər məhz amerikalı hərbçilər tərəfindən idarə olunur. Çünki ukraynalı hərbçilər həmin raketləri idarə edə bilməzlər. Putin bu məsələdə də haqlı ola bilər. Ancaq yenə eyni sual yaranır: İkinci Dünya müharibəsindən sonra ilk dəfə Rusiya ərazisində niyə partlayışlar baş verir? Vladimir Putin televiziya çıxışında “təcavüzkar hərəkətlərin eskalasiyası halında biz də qətiyyətlə və qarşılıqlı şəkildə cavab verəcəyik” ifadəsini işlədib. Ancaq Putin təxminən 8 dəqiqəlik çıxışının heç bir yerində “nüvə silahı” ifadəsini işlətməyib. Kreml sahibi bununla nüvə müharibəsi təhlükəsinin miqyasını anladığına və bundan çəkinəcəyinə işarə edib”.

 

E.Şahinoğlunun sözlərinə görə, Putin danışıqlardan imtina etmədiyi fikrini bir daha xatırladıb:

 

“Buna rəğmən, tərəflər bir-birlərinə uzaqmənzilli raketlərlə zərbələr endirməkdə davam edəcəklər. Hazırda gərginliyin artmasında Ukrayna maraqlı görünür. Kiyev Rusiya ərazisini ABŞ və Böyük Britaniya raketləri ilə vurduqca, Kremlin Vaşinqton və Londonla qarşıdurması artır. Kiyev bununla müharibəni Putinin də dediyi kimi qlobal müstəviyə keçirir”.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

"Qaziantepspor" Səlcuq İnanla yolları ayırdı

Türkiyə Super Liqasında çıxış edən "Qaziantepspor" klubu baş məşqçi Səlcuq İnanla yolları ayırıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Ukrayna 30 günlük atəşkəsə razılaşdı

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Avropa ölkələrinin liderləri ilə birlikdə Ağ Ev rəhbəri Donald Trampa zəng edib.   Sfera.a...

Müdafiə Nazirliyi: Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir

Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi ...

Türkiyə Ukraynada atəşkəsə nəzarət etməyə hazıdır - Hakan Fidan

“Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəsin təmin edilməsi səylərini dəstəkləyir və ona əməl olunmasına nəzarət etmək üçün missiyanın bir hissəsini yerinə y...

Pakistanın istifadə etdiyi silahlar diqqət mərkəzində - Bəzilərindən Azərbaycanda da var

Çin istehsalı Pakistan təyyarələri ilə (J-10) Fransa istehsalı Hindistan təyyarələri (“Rafael”) arasında hava döyüşü dünyanın diqqətini çəkib. Çinin...

Ağdamın Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, dövlət ...