Müharibələr qızılı bahalaşdırır, birjalar narahatdır... - ŞƏRH

Müharibələr qızılı bahalaşdırır, birjalar narahatdır... - ŞƏRH

ABŞ dollarının bahalaşmasına baxmayaraq, son günlərdə qızılın və digər qiymətli metalların qiymətində artım əlamətləri görünür.

 

Sfera.az xatırladır ki, qızılın bir troya unsiyasının qiyməti 2800 dolara çatdıqdan sonra noyabrın 14-də 2550 dollara qədər enmişdi. Amma ötən bir həftə ərzində qızıl yenidən bahalaşaraq qiymət 2700 dollara çatıb.

 

Qızılın qiymətində əhəmiyyətli artım ABŞ-nin Federal Ehtiyat Sistemi tərəfindən faiz dərəcəsinin endirilməsi, eləcə də mərkəzi banklar tərəfindən qızıl alışının artması ilə izah olunur. Belə ki, geosiyasi münaqişələrin artması fonunda mərkəzi banklar qızıl alışına üstünlük verməyə başlayıblar ki, bu da əvvəlki illərlə müqayisədə təxminən 3 dəfə çoxdur.

 

Xarici analitiklər ilin sonunadək qiymətin bir qədər də artacağını proqnozlaşdırırlar. ABŞ-nin yeni maliyyə sanksiyaları tətbiq edəcəyi və ya ABŞ-nin borc yükü ilə bağlı narahatlıqların artacağı halda, qızılın bahalaşması bir qədər də sürətlənə bilər.

 

Hərbi qarşıdurmaların artması da qızıla tələbi gücləndirir. Rusiya-Ukrayna müharibəsində yeni gərginliyin yaranması dolların bahalaşmasına baxmayaraq qızılı daha dəyərli edib.

 

Xüsusən ABŞ, Böyük Britaniya və Fransanın Ukraynaya verdiyi uzaqmənzilli raketlərlə Rusiya ərazisini vurmağa icazə verməsi və bunun ardınca Ukraynanın bu raketlərdən istifadə etməsi dünya birjalarında narahatçılığı artırıb. Əgər müharibədə gərginlik qalarsa, bu, qızılı daha da bahalaşdıracaq.

 

Vasif

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Sabah Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...