Onlayn formada nikah belə bağlamaq olar - VİDEO

Onlayn formada nikah belə bağlamaq olar - VİDEO

Vətəndaşlar artıq "mygov" tətbiqi vasitəsilə onlayn qaydada nikahlarını qeydiyyata ala bilərlər. Bəs proses necə aparılır?

 

Sfera.az xəbər verir ki, nikaha daxil olacaq vətəndaşlar əvvəlcə tibbi müayinədən keçməlidirlər. Müayinədən 14 gün sonra qan analizinin nəticələri avtomatik olaraq "mygov" platformasına yüklənir və istifadəçilər nikah qeydiyyatına müraciət etməyə başlamaq barədə bildiriş alırlar. Daha sonra "mygov" tətbiqində "Həyat hadisələri" bölməsində yer alan "Ailə qurmaq" seçimini və ya "Xidmətlər" bölməsindən "Nikahın qeydiyyata alınması" xidmətini seçirsiniz.

 

Bununla da sistem hər iki tərəfin tibbi arayışlarını yoxladıqdan sonra FİN və təsdiq kodları ilə qeydiyyat ekranı açılacaq. Tərəflərdən biri digərinə FİN və təsdiq kodunu göndərərək, nikah qeydiyyatı üçün müraciətini davam etdirir. Nikah sonrası götürüləcək soyadı və şəhadətnamə təhvilalma mərkəzini seçirsiniz, məlumatlarınızı təsdiqləyirsiniz.

 

30 gün sonra xidmətin statusunun dəyişməsi ilə bağlı vətəndaşa bildiriş gəlir. Status "Tamamlanıb" olaraq göründüyü zaman 10 AZN məbləğində dövlət rüsumunu ödəməlisiniz. Şəhadətnaməniz hazır olduqda seçdiyiniz təhvilalma mərkəzindən onu əldə edə bilərsiniz. Nikah haqqında şəhadətnaməni fiziki olaraq aldıqdan sonra vətəndaşlar rəqəmsal formada da "mygov" tətbiqində "Ailə məlumatlarım" hissəsində bu sənədi əldə edə biləcəklər.

 

Ətraflı Baku tv-nin süjetində:

 

 


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...