Sol böyrü üstə yatanda bədəndə nə baş verir?

Sol böyrü üstə yatanda bədəndə nə baş verir?

Yuxu pozası sağlamlıq üçün çox mühüm əhəmiyyətə malikdir!

Publika.az-ın sağlamlıq bölməsi oxucuları yuxu mövqeyinin insan sağlamlığına təsirləri ilə tanış edib.

Yuxu bədənin tam istirahət etməsi, bizim maksimum enerji yığmağımız üçün çox vacibdir. Az və pis yatan adamların səhhətində zaman keçdikcə bir qayda olaraq ciddi problemlər yaranır, xroniki yorğunluq, dəri rəngində solğunluq və pis əhval-ruhiyyə hiss olunur.

Bəzi buddistlər məhz sol böyrü üstə yatmağın faydalı olduğunu iddia edir. Hindlilər hesab edirlər ki, əgər siz yeməkdən sonra istirahət etmək istəyirsinizsə, sol tərəfə doğru uzanmalısınız. Baxmayaraq ki, bu, bir qədər qəribə səslənir, amma sol böyrü üstə yatmağın sağlamlıq üçün bir çox üstünlükləri var.

Limfa istiqaməti üzrə sol tərəfə doğru axır. Bədəninin sol tərəfi limfatik sistemdə idarəedici tərəfdir. Limfa öz yolunda limfa düyünlərini açmaq və sol tərəfə axmaq üçün zülallar, metabolit, qlükoza və tullantılar ifraz edir.

Mədə və mədəaltı vəzi sol tərəfə doğru əyilir. Əgər siz sol böyrü üstə qısa müddət istirahət etsəniz, bu, həzmin yaxşı işləməsinə kömək edəcək. Bu zaman qida təbii şəkildə hərəkət edəcək, mədə və mədəaltı vəzinin fermentləri vasitəsilə ayrılacaq.

Sol böyrü üstə uzanmaq qaraciyərin təmizlənməsinə, eləcə də fermentlərin mədə-bağırsaq istiqamətinə tərəf ifraz etməsinə, mədə turşusunun zərərsizləşdirilməsinə və yağların emulsiya halına düşməsinə kömək edəcək.

Sol tərəfə yatmağın əsas sirri ondadır ki, bu, zəhərli maddələrin də çıxarılmasına imkan verir. Nazik bağırsaq qidaları yoğun bağırsağa boşaltmazdan əvvəl zəhərləri bədənin sağ klapanlarına tərəf buraxır. Yoğun bağırsaq bədəninin sağ tərəfindən, qarın boşluğundan keçir və sol tərəfinə doğru enir.

Sol tərəfə yuxu zəhərlərin hərəkətini stimullaşdırmağa və onları sadə yolla yoğun bağırsaqdan xaric etməyə imkan verir. Bu zaman zəhərlər çox asanlıqla bağırsağa doğru hərəkət edir və səhər onların aradan qaldırılması prosesi sadələşdirilmiş olur.

Ürək funksiyası yaxşılaşır. Ürəyin 80%-dən çoxu bədənin sol tərəfində yerləşir. Aorta isə bədəninin ən böyük arteriyası sayılır və qan dövranı bədənin aşağısına enməzdən əvvəl ürəyin böyük hissəsinin sol tərəfindən çıxır. Yəni, sol tərəfə yatanda ürək qan dövranı prosesini daha asanlıqla yerinə yetirir.(PUBLIKA.AZ)


OXŞAR XƏBƏRLƏR

Biləsuvarda "Kalaşnikov" avtomatı aşkarlandı

Biləsuvar rayonunda "Kalaşnikov" avtomatı aşkarlanıb.   Sfera.az xəbər verir ki, Biləsuvar rayonunun Yuxarı Ağalıkənd kəndinin ərazisində b...

ETSN kollektivi Xocalı soyqırımı qurbanlarını andı- FOTO

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı...

Generalın 21 yaşlı oğlunun vəfatı ilə bağlı TƏFƏRRÜAT

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini general-mayor Orxan Qasımovun oğlu Ayxan Qasımovun ölümünün təfərrüatları məlum olub.   Sfera.a...

Hava ilə bağlı əhaliyəNÖVBƏTİ XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə bu gün axşamdan başlayaraq fevralın 27-dək ölkə ərazisində havanın küləkli olacağı, fasilələrlə sulu ...

Kənd təsərrüfatı mallarının istehsalına maraq azala bilər - TƏHLİL

Azərbaycandan xaricə kənd təsərrüfatı məhsulları ixrac edib, amma əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmayan sahibkarlara qarşı bir müddətdir ki, tədbirlər...

Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı QƏRAR

Nazirlər Kabineti “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin ayl...