Mühafizəçi az qala kraliçanı güllələyəcəkdi
Dünya
16:54 / 05.01.2017
1041
Böyük Britaniyada mühafizəçi az qala kraliça 2-ci Yelizavetanı güllələcəyəkmiş.
Ölkə.Az xəbər verir ki, hadisə Bukinhem sarayının həyətində baş verib. Yuxusu qaçan kraliça gecə vaxtı sarayın həyətində gəzintiyə çıxıb.
Bu barədə keçmiş qarovul gözətçisi məlumat verib. Gecə vaxtı sarayın daxili ərazisini mühafizə edən keşikçi qaranlıqda bir fiqur görüb. Mühafizəçi "kimsən" deyə qışqırıb. Qaranlıqdakı fiqurun kraliçaya məxsus olduğu məlum olub.
Mühafizəçi deyib: "Lənət şeytana əlahəzrət, az qala sizi güllələyəcəkdim". Kraliça isə: "Hər şey qaydasındadır. Gələn dəfə sizə əvvəlcədən zəng edib xəbərdar edəcəm və məni güllələmək ehtiyacı yaranmayacaq", -cavabını verib.
İnsidentin dəqiq tarixi barədə məlumat verilmir.