DTA ilə BMT Turizm Təşkilatı arasında niyyət sazişi imzalandı - FOTO

DTA ilə BMT Turizm Təşkilatı arasında niyyət sazişi imzalandı - FOTO

20 noyabrda COP tarixində ilk dəfə olaraq keçirilən “Turizm Günü” çərçivəsində Dövlət Turizm Agentliyi və BMT Turizm Təşkilatı arasında niyyət sazişi imzalanıb. 

 

Sfera.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və BMT Turizm Təşkilatının Baş Katibi Zurab Pololikaşvili arasında imzalanan sənəddə “Turizmdə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti Təşəbbüsü”nün uğurlu icrası məqsədilə BMT-nin dayanıqlı turizmin təşviqinə cavabdeh olan qurumu kimi BMT Turizm Təşkilatı ilə əməkdaşlıq etmək və birgə tədbirlər görmək niyyəti ifadə olunur.

 

Sazişdə “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü”ndə elan edilmiş “Turizm üzrə Təkmilləşdirilmiş İqlim Təşəbbüsü”ndə turizmin milli iqlim siyasətinə daha yaxşı inteqrasiya edilməsi ilə yanaşı, sektorun iqlim məqsədlərinə uyğun şəkildə inkişaf etdirilməsi üçün qlobal əlaqələndirmə mexanizmi və tərəfdaşlıq platformasının da yaradılması nəzərdə tutulur.  

 

Niyyət sazişi qeyd olunan əlaqələndirmə və tərəfdaşlıq platformasının yaradılması üçün əlverişli zəmin formalaşdırmağı, həmçinin qeyd olunan təşəbbüslə başlayan prosesin növbəti dövrdə də davam etdirilməsini təmin etməyi və turizm sektorunun az karbonlu və dayanıqlı gələcəyə töhfə verən sahəyə çevrilməsini dəstəkləməyi hədəfləyir.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...