İki rayonda internet olmayacaq - ADLAR

İki rayonda internet olmayacaq - ADLAR

Naxçıvan Muxtar Respublikasının (MR) bəzi ərazilərində internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yaranacaq.

 

Sfera.az xəbər verir ki, muxtar respublikanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi noyabrın 20-si saat 23:55-dən noyabrın 21-i saat 03:00-dək Şahbuz rayonunda, noyabrın 21-i saat 23:55-dən noyabrın 22-si saat 03:00-dək isə Sədərək rayonunda təxirəsalınmaz və texnoloji infrastrukturda profilaktik təmir bərpa işləri həyata keçirəcək.

 

Nazirlikdən verilən məlumata görə, təxirəsalınmaz işlər görülən müddətdə adıçəkilən rayonlar üzrə internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yarana bilər.

 

Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet və rabitə xidmətlərinin fəaliyyəti tam bərpa ediləcək.


OXŞAR XƏBƏRLƏR

Xankəndi Sammiti: Regional sabitliyə və davamlı inkişafa keçid

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitinə Azərbaycanın ev sahibliyi etməsi və bu mötəbər tədbirin məhz işğaldan azad edilən Qarabağda - Xankəndidə keçiri...

"ABŞ görüş təklifi etməyib" - Bəqayi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi ABŞ Prezidenti Donald Trampın Tehranın amerikalı müzakirəçilərlə görüş tələb etməsi barədə iddialarını təkz...

DTX məlumat yaydı - "Bu görüntüləriniz oğurlanırmış..."

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kibertəhdidlərə qarşı mübarizə istiqamətində kompleks tədbirlər davam etdirilir.   Sfera.az xəbər veri...

Milli Məclisin növbədənkənar iclasının vaxtı açıqlandı

Milli Məclisin növbədənkənar sessisiyası üzrə növbəti iclasının vaxtı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat...

MİQ-də qiymətləndirmə bu meyarlarla aparılır

“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”. ...

"Namizədlər arasında gənclər çoxdur"- MÜTDA rəsmisi

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından x...